12px13px15px17px
Tarix:04/06/18

“Facebook” istifadəçilərin məlumatlarını onlarla smartfon istehsalçısına ötürür

Son illərdə “Facebook” şirkəti istifadəçilərin fərdi məlumatlarını 60 smartfon və başqa qurğu istehsalçısına ötürüb. Bu haqda “The New York Times” nəşri məlumat yayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, dünyanın ən böyük sosial şəbəkəsi “Apple”, “Microsoft”, “Amazon” və “Samsung” kimi şirkətlərlə müvafiq razılaşmalar imzalayıb.

Əsas məqsəd digər sosial şəbəkələr arasında öz vəziyyətini gücləndirmək istəyidir.

Bu, Mark Zukerberqin şirkəti tərəfindən istifadəçi məlumatlarının təhlükəsizliyinə riayət edilməsini şübhə altına qoyur.

Emil Hüseynov





Baxış sayı: 354

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024