12px13px15px17px
Tarix:05/06/18

“Apple” mobil qurğular üçün yeni əməliyyat sistemi təqdim edib

"Apple" şirkəti "Worldwide Developers Conference" konfransı çərçivəsində mobil qurğular üçün yeni "iOS 12" əməliyyat sistemini təqdim edib.

"ICTnews" Elektron Xəbər Xidməti "Belta" resursuna istinadən yazır ki, yeni əməliyyat sistemi yüksək məhsuldarlığa malik olması ilə seçilir. Yeni versiya "iPhone 5s" daxil olmaqla müxtəlif smartfonlarda, o cümlədən "iPad mini 2" və "iPad Air" planşetlərində işləyir.

Məlumata görə, "iOS 12"  virtual reallıq əlavələrində əvvəlki versiyalarla müqayisədə daha güclü izləmə sisteminə malikdir. Sistem, həmçinin bir əlavə tərəfindən göndərilən bildirişləri qruplaşdırır. Tərtibatçılar tərəfindən əməliyyat sisteminə digər proqramların iş vaxtını qeydə alaraq onları məhdudlaşdıran xüsusi proqram əlavə olunub.  

Nizam Nuriyev





Baxış sayı: 638

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024