12px13px15px17px
Tarix:06/06/18

700 milyondan çox aktiv qurğu bu əməliyyat sisteminin idarəetməsi altında işləyir

"Windows Insider Dev Tour" çərçivəsində keçirilmiş mətbuat konfranslarından birində nümayiş etdirilmiş növbəti slayd 700 milyondan çox aktiv qurğunun "Windows 10" əməliyyat sisteminin idarəetməsi altında işlədiyini sübut edir.

"ICTnews" Elektron Xəbər Xidməti "ixbt.com" saytına istinadən yazır ki, xatırladaq ki, təxminən 1 ay əvvəl "Microsoft"un rəsmisi "Windows 10" sistemi ilə işləyən qurğuların sayının təxminən 700 milyona yaxınlaşması barədə məlumat vermişdi. Xatırladaq ki, "Microsoft" korporasiyası öz əməliyyat sistemini təqdim edərkən 2-3 il sonra 1 milyard qurğunun yeni sistemin idarəetməsi altında işlədiyini bildirmişdi. Ancaq şirkət sonra öz sözündən imtina etmişdi.

"Windows 10" əməliyyat sistemi ilə bağlı məlum digər faktlar aşağıdakılardır:
  • "Windows 10" sistemi ilə işləyən qurğuların istifadəçiləri bu əməliyyat sistemi arxasında ümumilikdə 197 milyarddan çox saat vaxt keçiriblər;
  • "Windows 10" kommersiya seqmentində öz mövqeyini 1 il ərzində 84% gücləndirib;
  • Dünyanın 13 ölkəsində 150 milyondan çox nəfər "Cortana" səsli köməkçisindən istifadə edir.
Emil Hüseynov





Baxış sayı: 532

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024