12px13px15px17px
Tarix:06/06/18

“Group FaceTime” funksiyası qrup şəklində videokonfranslar yaradacaq

“Apple” şirkəti “WWDC 2018” (Apple Worldwide Developers Conference) tərtibatçılar konfransının açılışında “iOS 12” mobil əməliyyat sisteminin buraxılışı ilə istifadəyə veriləcək yeni “Group FaceTime” funksiyasını təqdim edib. Funksiya qrup şəklində videokonfranslar qurmağa imkan verir.  

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, “Group FaceTime” funksiyası eyni anda bir neçə insanla söhbət etməyə şərait yaradır. İştirakçıları danışıq zamanı istənilən vaxtda əlavə etmək olar: onlar söhbətə “iPhone”, “iPad” və ya “Mac” qurğuları vasitəsilə video və ya audiorabitənin köməyi ilə qoşula, eləcə də  “Apple Watch” saatı ilə “FaceTime” danışığında iştirak edə bilərlər.

Məlumata görə, “FaceTime” videokonfransları eyni anda 32 nəfərin qoşulmasını dəstəkləyir. Müqayisə üçün qeyd edək ki, “Microsoft” korporasiyasının “Skype” proqramında videozənglər maksimum 25 iştirakçını dəstəkləyir. Bu rejimdə, həmçinin istifadəçinin xarici görünüşünə görə yaradılan yeni “Memoji” emodzilərinin dəstəklənməsindən yararlanmaq mümkündür.

Qeyd edək ki, rəsmi versiyası payızda təqdim ediləcək yeni “iOS 12” əməliyyat sistemi yüksək məhsuldarlığa malik olması ilə seçilir. Yeni versiya “iPhone 5s” daxil olmaqla müxtəlif smartfonlarda, o cümlədən “iPad mini 2” və “iPad Air” planşetlərində işləyir.

“iOS 12”  virtual reallıq əlavələrində əvvəlki versiyalarla müqayisədə daha güclü izləmə sisteminə malikdir. Sistem, həmçinin bir əlavə tərəfindən göndərilən bildirişləri qruplaşdırır. Tərtibatçılar tərəfindən əməliyyat sisteminə digər proqramların iş vaxtını qeydə alaraq onları məhdudlaşdıran xüsusi proqram əlavə olunub.

Nizam Nuriyev





Baxış sayı: 371

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024