12px13px15px17px
Tarix:08/06/18

Fiziki klaviatura və ikiqat kameraya malik “Blackberry KEY2” smartfonu təqdim edilib

Nyu-Yorkda fiziki klaviaturalı “Blackberry KEY2” smartfonu təqdim olunub. Aparat daxili məlumat qoruma sistemi və ikiqat klaviaturaya malikdir.

“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, smartfon tərəflər nisbəti 3:2 olan 1620x1080 piksel təsvir ölçülü 4,5 düymlük ekrana malikdir. “Blackberry KEY2” smartfonu “Snapdragon 660” prosessoru, 6 QB-lıq əməli, 64/128 QB-lıq daxili yaddaş, həmçinin yaddaş kartları üçün slotla təchiz edilib. Qurğu “Qualcomm Quick Charge 3.0” sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən 3500 milliamper/saat tutumlu akkumulyatora malikdir. Bu smartfon 12+12 meqapiksellik təsvir ölçüsü, 30 FPS tezlikli 4K videosu çəkmək qabiliyyətinə malik kamera ilə təchiz edilib. Cihaz “Android 8.01” əməliyyat sisteminin idarəetməsi altında işləyir.

Yeni smartfonun özəlliyi xüsusi “Speed” klavişinə malik klaviaturadır.  Bu klaviaturanın köməyi ilə müvafiq klaviş uyğunluqlarından istifadə edərək proqramları daha sürətli işə salmaq və proqramlar arasında keçid etmək olar. Cihaz özəl qovluqlar dəstəyi əldə edib. Beləliklə, üçüncü şəxslərin baxışı üçün arzuolunmaz məzmunu həmin qovluqlara daşımaq olar.

“Blackberry KEY2” smartfonunun dəyəri 649 dollar təşkil edir. Cari ay sözügedən smartfon ABŞ, Böyük Britaniya, Kanada, Çin, Almaniya, Fransa, BƏƏ-də satışa çıxarılacaq. Qlobal satış iyul ayına nəzərdə tutulub.

Emil Hüseynov





Baxış sayı: 434

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024