12px13px15px17px
Tarix:08/06/18

“Emirates” aviaşirkətinin təyyarələrində illüminatorlar virtual pəncərələrlə əvəz ediləcək

“Emirates” aviaşirkətinin nümayəndələrinin məlumatına görə, təyyarələrin  salonunda illüminatorların əvəzinə, xarici kameralar vasitəsilə çəkilmiş təsvirin proyeksiyasını göstərən virtual pəncərələrdən istifadə ediləcək.

“ICTnews” Elektron Xəbər Xidməti “yugopolis.ru” saytına istinadən yazır ki, "illüminatorlarla müqayisədə virtual pəncərədən təsvir daha keyfiyyətli və təbii görsənəcək, - şirkətin prezidenti Tim Klark deyib. Təyyarələr daha yüngül olacaq, deməli, daha sürətli və yüksəkdən uçacaq, həm də az yanacaq sərf edəcəklər". O, həmçinin bildirib ki, yenilik təhlükəsizlik səviyyəsini artıracaq.

İlk növbədə yeni “Boeing 777-300R” təyyarəsində biznes-klass salonları virtual illüminatorlarla təchiz ediləcək. Ancaq yeniliyin tətbiq ediləcəyi dəqiq vaxt məlum deyil.

Emil Hüseynov





Baxış sayı: 455

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024