Tarix:08/06/18
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, kosmik aparatın atmosferin tərkibini analiz edən spektrometri tərəfindən mövsümi metan tərəddüdləri qeydə alınıb - şimal yarımkürəsində qazın konsentrasiyası Marsda yayın sonunda ən yüksək həddə çatır və minimal göstəriciləri 2,7 dəfə üstələyir.
Bununla yanaşı, P.Mahaffi qeyd edib ki, metan molekullarının aşkarlanması Marsda həyatın mövcudluğunun aşkarlanması kimi başa düşülməməlidir. Mümkün qaz mənbəyi kimi alimlər mikrobların aktivliyini hesab edirlər.
Bundan əlavə, “Curiosity” aparatı üst qatda üç tip üzvi molekul aşkarlayıb.
“NASA” nümayəndələri bildirib ki, üzvi molekulların aşkarlanması bizə planetin yaşayış üçün yararlılıq tarixi haqqında məlumat verir. “Bu ondan xəbər verir ki, bu qədim şərait həyatı dəstəkləyə bilər. Orada həyatın dəstəklənməsi üçün hər şey olub. Lakin bu, orada həyatın mövcud olması demək deyil”, - onlar hesab edirlər.
Nizam Nuriyev
Marsda vacib kəşf edilib
“Curiosity” kosmik aparatı Mars planetində metan molekulları aşkarlayıb. Bu barədə Vaşinqtonda mətbuat konfransında ABŞ Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) Qoddard adına Kosmik Uçuşlar Mərkəzinin günəş sisteminin tədqiqi şöbəsinin direktoru Pol Mahaffi məlumat verib.“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, kosmik aparatın atmosferin tərkibini analiz edən spektrometri tərəfindən mövsümi metan tərəddüdləri qeydə alınıb - şimal yarımkürəsində qazın konsentrasiyası Marsda yayın sonunda ən yüksək həddə çatır və minimal göstəriciləri 2,7 dəfə üstələyir.
Bununla yanaşı, P.Mahaffi qeyd edib ki, metan molekullarının aşkarlanması Marsda həyatın mövcudluğunun aşkarlanması kimi başa düşülməməlidir. Mümkün qaz mənbəyi kimi alimlər mikrobların aktivliyini hesab edirlər.
Bundan əlavə, “Curiosity” aparatı üst qatda üç tip üzvi molekul aşkarlayıb.
“NASA” nümayəndələri bildirib ki, üzvi molekulların aşkarlanması bizə planetin yaşayış üçün yararlılıq tarixi haqqında məlumat verir. “Bu ondan xəbər verir ki, bu qədim şərait həyatı dəstəkləyə bilər. Orada həyatın dəstəklənməsi üçün hər şey olub. Lakin bu, orada həyatın mövcud olması demək deyil”, - onlar hesab edirlər.
Nizam Nuriyev
Baxış sayı: 407
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet