Tarix:08/06/18
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, sistemə mobil internet vasitəsilə kamera təsvirlərini “bulud” serverinə translyasiya edən adi “Parrot AR” kvadrokopteri daxildir. Efir camaat içində insanların vəziyyətini qiymətləndirərək onlar baza yaradıcıları tərəfindən yüklənmiş təcavüz ifadə edən vəziyyətlərlə müqayisəsini aparan təlim görmüş neyron şəbəkəsinin köməyi ilə analiz olunur. Bunun üçün neyroşəbəkə sadələşdirilmiş skelet modeli yaradır və bədən hissələrinin vəziyyətini təhlükə törədən vəziyyətlərlə tutuşdurur.
Mütəxəssislərin sözlərinə görə, sistemin təhlükəli vəziyyətlərin müəyyənləşdirilməsində işinin dəqiqliyi 94 faizə çata bilər, lakin kadrda insanların sayı artdıqca, bu göstərici azalmağa doğru gedir. Belə ki, dron 10 nəfərdən ibarət qrupun çəkilişini aparan zaman sistemin zorakılıq əlamətlərinin müəyyənləşdirilməsində göstəricisi 79 faiz təşkil edir.
Qeyd olunur ki, neyron şəbəkəsinin təlimi üçün alimlər bir-birinə qarşı hücumları imitasiya edən və süni şəkildə hərəkət edən könüllülərin iştirakı ilə çəkilən videoçarxlardan istifadə ediblər. Buna baxmayaraq alimlər texnologiyanı tezliklə Hindistanın Varanqal şəhərində baş tutacaq iki küçə festivalı zamanı səhra şəraitində sınaqlarını keçirmək niyyətindədirlər.
Tədqiqatçıların fikrincə, perspektivdə belə sistemlər ictimai yerlərdə və kütləvi tədbirlərdə cinayətlərin qeydə alınması və qarşısının alınması üçün tətbiq oluna bilər.
Nizam Nuriyev
Dron insanlar arasında zorakılığı müəyyənləşdirəcək
Böyük Britaniya və Hindistan tədqiqatçıları pilotsuz uçan aparata real vaxt rejimində quraşdırılmış kamera vasitəsilə insanlar arasında zorakılıq hallarının törədilməsini müəyyənləşdirməyə imkan verən sistem hazırlayıblar.“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, sistemə mobil internet vasitəsilə kamera təsvirlərini “bulud” serverinə translyasiya edən adi “Parrot AR” kvadrokopteri daxildir. Efir camaat içində insanların vəziyyətini qiymətləndirərək onlar baza yaradıcıları tərəfindən yüklənmiş təcavüz ifadə edən vəziyyətlərlə müqayisəsini aparan təlim görmüş neyron şəbəkəsinin köməyi ilə analiz olunur. Bunun üçün neyroşəbəkə sadələşdirilmiş skelet modeli yaradır və bədən hissələrinin vəziyyətini təhlükə törədən vəziyyətlərlə tutuşdurur.
Mütəxəssislərin sözlərinə görə, sistemin təhlükəli vəziyyətlərin müəyyənləşdirilməsində işinin dəqiqliyi 94 faizə çata bilər, lakin kadrda insanların sayı artdıqca, bu göstərici azalmağa doğru gedir. Belə ki, dron 10 nəfərdən ibarət qrupun çəkilişini aparan zaman sistemin zorakılıq əlamətlərinin müəyyənləşdirilməsində göstəricisi 79 faiz təşkil edir.
Qeyd olunur ki, neyron şəbəkəsinin təlimi üçün alimlər bir-birinə qarşı hücumları imitasiya edən və süni şəkildə hərəkət edən könüllülərin iştirakı ilə çəkilən videoçarxlardan istifadə ediblər. Buna baxmayaraq alimlər texnologiyanı tezliklə Hindistanın Varanqal şəhərində baş tutacaq iki küçə festivalı zamanı səhra şəraitində sınaqlarını keçirmək niyyətindədirlər.
Tədqiqatçıların fikrincə, perspektivdə belə sistemlər ictimai yerlərdə və kütləvi tədbirlərdə cinayətlərin qeydə alınması və qarşısının alınması üçün tətbiq oluna bilər.
Nizam Nuriyev
Baxış sayı: 475
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet