12px13px15px17px
Tarix:11/06/18

“Apple" qan təzyiqini ölçmə funksiyasına malik fitnes bilərzik patentləyib

“Apple” şirkəti qan təzyiqini ölçmə funksiyasına malik fitnes bilərzik təqdim edə bilər. Yenilik tonometr prinsipi üzrə işləyəcək. ABŞ Patent və Əmtəə Nişanları Bürosu tərəfindən dərc edilmiş yeni patentin məzmunu bunu sübut edir.

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, məlumata görə, yeni həll “Apple”ın artıq mövcud qurğularına qoşula, arterial təzyiqin göstəricilərinə nəzarət edə və məlumatları sonrakı analiz üçün başqa qurğulara göndərə biləcək.

Yeni aksessuar uzadıla bilən manjet, ölçmə datçiklərinə malik sistemdən və əsas qurğu ilə əlaqə yaratmaq üçün interfeys dəstindən ibarətdir.

Emil Hüseynov





Baxış sayı: 426

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024