12px13px15px17px
Tarix:11/06/18

2016-cı ilin istehsalı olan smartfon populyarlığa görə “iPhone 8 Plus” və “Galaxy S9 Plus” qurğularını geridə qoyub

“Samsung” şirkətinin 2016-cı il istehsalı olan smartfonu 2018-ci ilin birinci rübü üzrə dünyada satış həcminə görə üçüncü yerdə qərarlaşıb. Bu haqda “IHS Markit” analitik şirkətinin hesabatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, “iPhone X” (12,7 milyon) və “iPhone 8” (8,5 milyon) smartfonları reytinqdə müvafiq olaraq birinci və ikinci yerləri tutublar. Üçüncü yerdə məhz “Samsung Galaxy Grand Prime Plus” aparatı (8,3 milyon) qərarlaşıb. “iPhone 8 Plus” və “Samsung Galaxy S9 Plus” smartfonları müvafiq olaraq dördüncü və beşinci yerləri tutublar.

Bildirək ki, 2016-cı ilin noyabrında çıxarılmış “Samsung Galaxy Grand Prime Plus” başlanğıc səviyyəli smartfondur, halbuki digər 5 ən populyar smartfon bahalı modellər kateqoriyasına aiddir.

Emil Hüseynov





Baxış sayı: 430

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024