12px13px15px17px
Tarix:13/06/18

İkiqat kameraya malik “Xiaomi Redmi 6” rəsmən təqdim olunub

"Xiaomi" şirkəti bu gün "Xiaomi Redmi 6" adlı ucuz smartfonunu, həmçinin "Redmi 6A" adlı smartfonunu təqdim edib.

Maraqlıdır ki, "Xiaomi" şirkəti uzun fasiləsindən sonra yenidən "Mediatek" prosessorlarından istifadəyə dair qərar verib. "Redmi 6" smartfonu 12 nanometrlik texnoloji proses üzrə hazırlanmış səkkiznüvəli "Helio P22" prosessoru ilə təchiz edilib. "PowerVR GE8320" video sürətləndiricisi qrafik imkanları təmin edir. Alıcılar 3 və ya 4 QB-lıq əməli yaddaşa (müvafiq olaraq 32 və 64 QB-lıq daxili yaddaş) malik versiyalar arasında seçim edə biləcəklər. Bundan başqa, arxa qapaqda daktiloskopik sensor yerləşdirilib.

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, yeni aparatda HD+ (1440x720 piksel) təsvir ölçülü və tərəflər nisbəti 18:9 olan 5,45 düym diaqonallı tam ölçülü ekrandan istifadə olunur.
"Redmi 6" smartfonu 12 və 5 meqapiksellik sensorlara malik ikiqat əsas kamera və işıq diodu işıqlandırıcısına malikdir. Ön kameranın təsvir ölçüsü 5 meqapikseldir. Həm ön, həm də arxa kameralar süni intellekt funksiyalarından istifadə edə biləcəklər. Həmçinin hər iki modul portret şəkillər üçün bulandırma effektini dəstəkləyir.

"Redmi 6A" modelində dördnüvəli "Mediatek Helio A22" prosessorundan istifadə edilir. Bu prosessor, həmçinin 12 nanometrlik texnoloji proses üzrə hazırlanıb və 2,0 QHs takt tezliyində işləyir. Bu aparatın displeyi "Redmi 6" cihazında olduğu kimidir, amma əsas kameranın təsvir ölçüsü dəyişdirilib: 13 meqapiksellik sensora malikdir. Bundan başqa, "Redmi 6A" smartfonunda barmaq izləri skaneri nəzərdə tutulmayıb.

Hər iki qurğu "Android 8.1 Oreo" mobil əməliyyat sisteminə əsaslanan "MIUI 10" interfeysi ilə işləyir. Hər iki modelin həm ölçüləri (147,46x71,4x8,3 mm), həm də akkumulyatorlarının tutumu  (3000 milliamper/saat) eynidir. "Redmi 6" cihazının çəkisi 146 qr, "Redmi 6A" isə 145 qr-dır. Sözügedən smartfonlar 4 rəngdə (boz, mavi, qızılı və qızılı-çəhrayı) əlçatan olacaq.

Emil Hüseynov





Baxış sayı: 107

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 İyun 2018

23/06/18
İlk ümumdünya “5G” standartı təsdiq edilib

Mobil sənaye və “3GPP” konsorsiumu avtonom “5G” spesifikasiyasını rəsmən təsdiq ediblər.

23/06/18
“YouTube”da populyar kanallar ödənişli olacaq

“Google” şirkətinə məxsus “YouTube” videohostinqi tamaşaçılarının sayı 100 mindən çox populyar 

23/06/18
“Google Chrome” brauzeri internetə qoşulmadan işləyəcək

“Google Chrome” brauzeri “ağıllı” oflayn rejimlə təchiz edilib. Yenilənmə proqrama smartfona 

23/06/18
Təyyarənin bortunda “Wi-Fi” sürətli olacaq

Alimlər uçuşlar zamanı yüksək keyfiyyətli rabitə üçün “Wi-Fi” hazırlayırlar. Karlsruye Texnologiya İnstitutun

23/06/18
ABŞ Yer kürəsinin asteroidlərdən qorunması üçün səyləri artırır

ABŞ hökuməti Yer kürəsində regionları və ya qitələri məhv edə biləcək asteroidlərdən qorunmaq 

22 06 2018

22/06/18
Yeni standart smartfonları avtomobillər üçün açara çevirəcək

Böyük İT şirkətləri və avtomobil istehsalçılarından ibarət “Car Connectivity Consortium” (CCC) konsorsiumu 

22/06/18
“AzInTelecom” Azərbaycandakı Amerika Ticarət Palatasına üzv oldu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC 

22/06/18
“Android” sistemi üçün təhlükəli virus aşkarlanıb

“ESET” şirkətinin mütəxəssisləri “Android” əməliyyat sistemi üçün faydalı proqramlar şəklində 

22/06/18
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin layihələri UNESCO-da təqdim olunub

Parisdə UNESCO-nun baş qərargahında “İnformasiya hamı üçün” proqramı (IFAP) üzrə Hökumətlərarası 

22/06/18
Amerikalı alimlər tərəfindən yaradılmış elektron dəri protez vasitəsilə ağrını hiss etməyə imkan verir

Cons Hopkins Universitetinin nəzdində fəaliyyət göstərən Tibb Məktəbinin alimləri tərəfindən hazırlanmış 

22/06/18
“Apple” şirkətinin simsiz enerjidoldurma qurğusunu təqdimetmə müddəti məlum olub

“Apple” şirkəti “AirPower” adlı simsiz enerjidoldurma qurğusunu cari ilin sentyabrında təqdim edəcək.

22/06/18
“Google” şirkəti “Android”də hesabın idarə edilməsini asanlaşdırıb

“Google” şirkəti “Google Account”un yeni interfeysini təqdim edib. Artıq bütün funksiyalar “Android

22/06/18
“Microsoft” korporasiyası: “Fərdi kompüterlər virtual reallıq üçün ən yaxşı platformadır”

“Microsoft” korporasiyasının oyunlar bölməsinin marketinq üzrə direktoru Mayk Nikols “Gamesindustry