Tarix:13/06/18
“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, əlbəttə ki, “Facebook” şirkəti tərəfindən istifadəçilərin sosial şəbəkənin səhifələrində keçirdikləri vaxtın, həmçinin alış-verişlərin izlənilməsi heç kimdə şübhə doğurmurdu. Aşağıda şirkət tərəfindən tərtib edilmiş sənəddəki ən qəribə məlumat toplama üsulları qeyd edilib:
· “Facebook” dodaqların hərəkətini qeydə alır. Bu üsul şirkətə istifadəçinin robot olmadığını müəyyənləşdirməkdə kömək edir.
· Digər bir üsul brauzerin pəncərəsinin digər pəncərələrin üstündə yerləşməsini müəyyənləşdirməkdir.
· “Facebook” qurğular haqda informasiya toplayır. Amma bu, yalnız qurğunun modeli və əməliyyat sisteminin versiyası ilə məhdudlaşmır. Şirkət üçün cihazın batareyasının şarjı, mobil şəbəkə siqnalının gücü və əlçatan yaddaşın tutumunu bilmək maraqlıdır.
· Əlbəttə ki, yalnız əməliyyat sistemi haqda deyil, həm də brauzer, quraşdırılmış plaqinlər, hətta faylların adları haqda informasiya toplanılır.
· Bundan başqa şirkətə mobil operator, internet-provayder, IP-ünvanlar, cookie, saat qurşağı və internet qoşulmanın sürəti haqda informasiya məlumdur.
· Bəzi hallarda şirkət yalnız sizin qurğunuz haqda deyil, həm də eyni şəbəkədə və ya yaxınlıqda olan qurğular haqda informasiya toplayır.
· “Facebook” sizin qurğunuz üçün əlçatan olan “Bluetooth”-qurğular, “Wi-Fi” giriş nöqtələri və əhatə dairəsində yerləşən mobil qüllələr haqda məlumatlıdır.
· “Facebook” şirkəti “Android” sistemində GPS, kamera və foto qalereya ilə bağlı informasiyadan başqa, çağırışların siyahısı və SMS tarixçəsini əldə edə bilər.
· Nəhayət, “Facebook” şirkəti istifadəçi tərəfindən istifadə edilən mobil proqramlar və hesablar haqda məlumatlıdır.
Emil Hüseynov
Bu sosial şəbəkə istifadəçilərin dodaqlarının hərəkətini də qeydə alır
Cari ilin aprelində “Cambridge Analytica” ilə yaşanmış qalmaqaldan sonra ABŞ Konqresinin sorğusuna əsasən, “Facebook” şirkəti sosial şəbəkə istifadəçiləri haqda məlumat toplanılması üzrə bütün mümkün üsullarını açıqlayıb. Bundan ötrü tərtib edilmiş 222 səhifəlik sənəddə məlumatın toplanılması üçün müxtəlif üsullar təsvir edilir.“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, əlbəttə ki, “Facebook” şirkəti tərəfindən istifadəçilərin sosial şəbəkənin səhifələrində keçirdikləri vaxtın, həmçinin alış-verişlərin izlənilməsi heç kimdə şübhə doğurmurdu. Aşağıda şirkət tərəfindən tərtib edilmiş sənəddəki ən qəribə məlumat toplama üsulları qeyd edilib:
· “Facebook” dodaqların hərəkətini qeydə alır. Bu üsul şirkətə istifadəçinin robot olmadığını müəyyənləşdirməkdə kömək edir.
· Digər bir üsul brauzerin pəncərəsinin digər pəncərələrin üstündə yerləşməsini müəyyənləşdirməkdir.
· “Facebook” qurğular haqda informasiya toplayır. Amma bu, yalnız qurğunun modeli və əməliyyat sisteminin versiyası ilə məhdudlaşmır. Şirkət üçün cihazın batareyasının şarjı, mobil şəbəkə siqnalının gücü və əlçatan yaddaşın tutumunu bilmək maraqlıdır.
· Əlbəttə ki, yalnız əməliyyat sistemi haqda deyil, həm də brauzer, quraşdırılmış plaqinlər, hətta faylların adları haqda informasiya toplanılır.
· Bundan başqa şirkətə mobil operator, internet-provayder, IP-ünvanlar, cookie, saat qurşağı və internet qoşulmanın sürəti haqda informasiya məlumdur.
· Bəzi hallarda şirkət yalnız sizin qurğunuz haqda deyil, həm də eyni şəbəkədə və ya yaxınlıqda olan qurğular haqda informasiya toplayır.
· “Facebook” sizin qurğunuz üçün əlçatan olan “Bluetooth”-qurğular, “Wi-Fi” giriş nöqtələri və əhatə dairəsində yerləşən mobil qüllələr haqda məlumatlıdır.
· “Facebook” şirkəti “Android” sistemində GPS, kamera və foto qalereya ilə bağlı informasiyadan başqa, çağırışların siyahısı və SMS tarixçəsini əldə edə bilər.
· Nəhayət, “Facebook” şirkəti istifadəçi tərəfindən istifadə edilən mobil proqramlar və hesablar haqda məlumatlıdır.
Emil Hüseynov
Baxış sayı: 495
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet