Tarix:14/06/18
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, öz displeyləri ilə təchiz edilmiş və məhsuldar kompüterlərə kabel qoşulmasını tələb etməyən avtonom virtual reallıq qurğularının sayəsində artım qeydə alınıb. 2018-ci ilin yanvar-martında “HTC Vive Focus” və “Pico Neo CV” kimi modellərin tədarük həcmi 2017-ci ilin dördüncü rübü ilə müqayisədə 234% yüksəlib. Müqayisə üçün, kompüterə qoşulan VR-qarnitur seqmentində artım yalnız 2% təşkil edib.
Avtonom VR-qurğular xüsusilə Çin bazarında sürətlə populyarlıq qazanır. “Canalys” şirkətinin qiymətləndirməsinə görə, Çində belə qurğuların tədarükü 200% yüksələrək 94 min olub ki, bu da qlobal tədarük həcminin 82%-ni təşkil edir.
Ekspertlər bildiriblər ki, təxminən 31% bazar payına malik ABŞ virtual reallıq qurğularının tədarükü üzrə liderdir. Ötən ilin son rübündə Çinin virtual reallıq qurğuların bütün növləri üzrə qlobal payı 28% təşkil edib.
Emil Hüseynov
Qlobal virtual reallıq qurğular bazarının tədarük həcmi 16% yüksəlib
“Canalys” analitik şirkətinin məlumatına görə, 2018-ci ilin birinci rübündə virtual reallıq (virtual reality, VR) qurğularının qlobal tədarük həcmi illik hesablama üzrə 16% yüksələrək 650 min təşkil edib.“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, öz displeyləri ilə təchiz edilmiş və məhsuldar kompüterlərə kabel qoşulmasını tələb etməyən avtonom virtual reallıq qurğularının sayəsində artım qeydə alınıb. 2018-ci ilin yanvar-martında “HTC Vive Focus” və “Pico Neo CV” kimi modellərin tədarük həcmi 2017-ci ilin dördüncü rübü ilə müqayisədə 234% yüksəlib. Müqayisə üçün, kompüterə qoşulan VR-qarnitur seqmentində artım yalnız 2% təşkil edib.
Avtonom VR-qurğular xüsusilə Çin bazarında sürətlə populyarlıq qazanır. “Canalys” şirkətinin qiymətləndirməsinə görə, Çində belə qurğuların tədarükü 200% yüksələrək 94 min olub ki, bu da qlobal tədarük həcminin 82%-ni təşkil edir.
Ekspertlər bildiriblər ki, təxminən 31% bazar payına malik ABŞ virtual reallıq qurğularının tədarükü üzrə liderdir. Ötən ilin son rübündə Çinin virtual reallıq qurğuların bütün növləri üzrə qlobal payı 28% təşkil edib.
Emil Hüseynov
Baxış sayı: 451
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet