Tarix:21/06/18
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, universal standart istehsalçı və tərtibatçılar tərəfindən hər əməliyyat sistemi üçün xüsusi proqram təminatı və kompüter proqram təminatının yaradılmasını sadələşdirəcək, istifadəçilərə isə displeyləri “Windows”, “Mac” və “Android” platformalı həm fərdi kompüterə, həm də mobil qurğulara qoşmağa imkan verəcək.
Məlumata görə, yeni təşəbbüs sayəsində Brayl displeylərini tez və asan müxtəlif qurğulara qoşmaq mümkün olacaq ki, bu da onlardan istifadəni daha rahat edəcək. Standartın tətbiqi 2019-cu ilə planlaşdırılır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada görmə qüsurlu insanların sayı 253 milyon təşkil edir.
Fiziki xüsusiyyətlərindən asılı olmayaraq insanlara kömək edən və onların həyatını yaxşılaşdıran texnologiyaların yaradılması “Microsoft” korporasiyası üçün vacib məsələlərdəndir. Bundan əvvəl korporasiya tərəfindən “AI for Accessibility” proqramı istifadəyə verilib. Proqram çərçivəsində fiziki imkanları məhdud insanlara kömək üçün süni intellekt əsasında texnoloji həllərin inkişafına 25 milyon dollar məbləğində investisiya qoyulub.
Nizam Nuriyev
Brayl displeyləri üçün standart yaradılıb
“USB” texnologiyasının inkişafı və tanıdılması ilə məşğul olan “USB-IF” təşkilatı zəif görən və gözdən əlil insanlara kompüterdən istifadəyə imkan verən Brayl ekranları üçün “USB HID” (Human Interface Device) standartını təqdim edib. Layihənin hazırlanmasında “Apple”, “Microsoft” və “Google” kimi böyük texnoloji şirkətlər iştirak edir.“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, universal standart istehsalçı və tərtibatçılar tərəfindən hər əməliyyat sistemi üçün xüsusi proqram təminatı və kompüter proqram təminatının yaradılmasını sadələşdirəcək, istifadəçilərə isə displeyləri “Windows”, “Mac” və “Android” platformalı həm fərdi kompüterə, həm də mobil qurğulara qoşmağa imkan verəcək.
Məlumata görə, yeni təşəbbüs sayəsində Brayl displeylərini tez və asan müxtəlif qurğulara qoşmaq mümkün olacaq ki, bu da onlardan istifadəni daha rahat edəcək. Standartın tətbiqi 2019-cu ilə planlaşdırılır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada görmə qüsurlu insanların sayı 253 milyon təşkil edir.
Fiziki xüsusiyyətlərindən asılı olmayaraq insanlara kömək edən və onların həyatını yaxşılaşdıran texnologiyaların yaradılması “Microsoft” korporasiyası üçün vacib məsələlərdəndir. Bundan əvvəl korporasiya tərəfindən “AI for Accessibility” proqramı istifadəyə verilib. Proqram çərçivəsində fiziki imkanları məhdud insanlara kömək üçün süni intellekt əsasında texnoloji həllərin inkişafına 25 milyon dollar məbləğində investisiya qoyulub.
Nizam Nuriyev
Baxış sayı: 431
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet