12px13px15px17px
Tarix:22/06/18

“Apple” şirkətinin simsiz enerjidoldurma qurğusunu təqdimetmə müddəti məlum olub

“Apple” şirkəti “AirPower” adlı simsiz enerjidoldurma qurğusunu cari ilin sentyabrında təqdim edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, bu, istehsal prosesində çətinlik olması ilə izah edilir. ABŞ şirkəti qurğuların enerji ilə simsiz doldurulması texnologiyasını 2017-ci ilin sentyabrında  elan etmişdi. “Bloomberg” agentliyinin məlumatına görə, bütün bu müddət ərzində mühəndislər bir sıra problemi həll etməyə çalışıblar.

İstehsalçıların fikrinə görə, simsiz enerjidoldurma qurğusu universal olmalı və müxtəlif tip qurğuları (“iPhone”, “Apple Watch” və “AirPods”) enerji ilə doldurmalıdır. Buna görə o, bir neçə sensor və mürəkkəb komponentlər dəsti ilə təchiz edilməlidir.

Emil Hüseynov





Baxış sayı: 372

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024