Tarix:23/06/18
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, “Channel Memberships” adlanan funksiya ödənişli abunəçilərə unikal nişanlar, emodzi, qrup üzvləri üçün bildirişlər, eləcə də kanal müəlliflərinin əlavə kontenti, o cümlədən videoçarx və birbaşa efirlərdən istifadəyə imkan yaradır. Aylıq abunə haqqı 4,99 dollar təşkil edir.
Bundan başqa, “YouTube” rəhbərliyinin “Teespring” servisi ilə tərəfdaşlığı sayəsində videoblogerlər öz atributlarına malik məhsullarını bilavasitə videoservisin saytında satışa çıxara biləcəklər.
Daha bir yenilik isə kanal müəlliflərinə əvvəlcədən yeni videoçarxların buraxılışını elan etməyə imkan verəcək. Xüsusi “Premyera” bölməsi avtomatik xüsusi gözləmə səhifəsini yaratmağa şərait yaradacaq. Burada tamaşaçılar əvvəlcədən qrup yazışmasında (çatda) danışa biləcəklər.
Xatırladaq ki, həftənin əvvəlində “YouTube” 12 yeni ölkədə ödənişli “YouTube Music” və “YouTube Premium” servislərini istifadəyə verib.
Nizam Nuriyev
“YouTube”da populyar kanallar ödənişli olacaq
“Google” şirkətinə məxsus “YouTube” videohostinqi tamaşaçılarının sayı 100 mindən çox populyar kanallar üçün ödənişli abunəçilik sisteminin tətbiqinə başlayır. Yeni funksiyaların təsviri şirkətin bloqunda dərc olunub.“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, “Channel Memberships” adlanan funksiya ödənişli abunəçilərə unikal nişanlar, emodzi, qrup üzvləri üçün bildirişlər, eləcə də kanal müəlliflərinin əlavə kontenti, o cümlədən videoçarx və birbaşa efirlərdən istifadəyə imkan yaradır. Aylıq abunə haqqı 4,99 dollar təşkil edir.
Bundan başqa, “YouTube” rəhbərliyinin “Teespring” servisi ilə tərəfdaşlığı sayəsində videoblogerlər öz atributlarına malik məhsullarını bilavasitə videoservisin saytında satışa çıxara biləcəklər.
Daha bir yenilik isə kanal müəlliflərinə əvvəlcədən yeni videoçarxların buraxılışını elan etməyə imkan verəcək. Xüsusi “Premyera” bölməsi avtomatik xüsusi gözləmə səhifəsini yaratmağa şərait yaradacaq. Burada tamaşaçılar əvvəlcədən qrup yazışmasında (çatda) danışa biləcəklər.
Xatırladaq ki, həftənin əvvəlində “YouTube” 12 yeni ölkədə ödənişli “YouTube Music” və “YouTube Premium” servislərini istifadəyə verib.
Nizam Nuriyev
Baxış sayı: 444
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet