12px13px15px17px
Tarix:25/06/18

Dünyada ən kiçik kompüter təqdim olunub

Miçiqan Universitetinin alimləri dünyada ən kiçik kompüter hazırlayıblar. Eni 0.3 mm təşkil edən bu kompüter düyü dənəsinin yanında çox kiçik görsənir. “Michigan Micro Mote” (2x2x4 mm) daxil olmaqla əvvəlki qurğular kənar enerji mənbəyi olmadığı halda məlumatları yadda saxlamaq qabiliyyətinə malik idi.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, Miçiqan Universitetinin yeni mikrokompüteri enerji kəsilən kimi bütün məlumatı itirir.

Yeni qurğu prosessor, simsiz ötürücü aparat və qəbuledicilərə malikdir. Bu kompüter görünən işıq vasitəsilə məlumatları qəbul edir və ötürür.

“Michigan Micro Mote” kompüteri aşağıdakı istiqamətlərdə istifadə edilə bilər:
  • Xərçəng xəstəliyinin tədqiqatı;
  • Qlaukomanın diaqnostikası üçün gözdaxili təzyiqin ölçülməsi;
  • Neft rezervuarlarının monitorinqi;
  • Biokimyəvi proseslərin monitorinqi;
  • Səsli və videomüşahidə;
  • Kiçik ilbizlərin tədqiqatı.
Emil Hüseynov





Baxış sayı: 350

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024