Tarix:27/06/18
“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, tədbirdə mobil sektorun və müvafiq sahələrin peşəkarları ilə yanaşı, zamanla ayaqlaşmağa və yüksək texnologiyaların inkişafını izləməyə çalışan sadə istehlakçılar iştirak edir. Təşkilatçılar tərəfindən bu il sərgidə 60 mindən çox insanın iştirakı gözlənilir.
Məlumata görə, bu il “MWC Shanghai” “Özün üçün ən yaxşı gələcəyi kəşf et” şüarı ilə Pudun bölgəsində yeni Şanxay Beynəlxalq Sərgi Mərkəzində keçiriləcək. Yeddi pavilyonu əhatə edəcək sərgidə şirkətlərin ayrı-ayrı stendləri, mobil qurğuların və mobil sənayenin gələcəyini formalaşdıran innovativ məhsul, xidmət və texnologiyalı milli ekspozisiyalar nümayiş etdiriləcək. Söhbət ilk növbədə mobil telefonlar, şəbəkə infrastrukturu, proqram təminatı, mobil əlavələrin hazırlanması, açıq mobil sistemlər, mobil internet və İT və telekommunikasiya bazarında digər texnologiyalardan gedir.
Qeyd edək ki, Mobil Dünya Konqresi mobil sektor oyunçularının maraqlarını təmsil edən və ümumi sənaye ekosistemində 300 şirkətin 800 operatorunu birləşdirən “GSM” (GSMA) Assosiasiyası tərəfindən müxtəlif ölkələrdə təşkil edilir. Onların sırasına mobil qurğu və proqram təminatı istehsalçıları, avadanlıq tədarükçüləri və internet şirkətləri, eləcə də sənayenin müvafiq sahələrinin nümayəndələri daxildir.
Mənzil-qərargahı Londonda yerləşən assosiasiya dünyanın müxtəlif yerlərində sahə üzrə böyük konqres və konfranslar təşkil edir.
Nizam Nuriyev
Şanxayda Mobil Dünya Konqresi keçirilir
Bu gün Şanxayda işinə başlayan Mobil Dünya Konqresində (Mobile World Congress Shanghai, MWC Shanghai) dünya telekommunikasiya sənayesinin inkişafının son yüksək texnoloji yenilikləri və tendensiyaları nümayiş olunacaq. Telekommunikasiya sahəsində ən böyük qlobal hadisələrdən hesab edilən sərgidə bu il dünyanın 100 ölkə və regionundan 550-dən çox şirkət iştirak edəcək.“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, tədbirdə mobil sektorun və müvafiq sahələrin peşəkarları ilə yanaşı, zamanla ayaqlaşmağa və yüksək texnologiyaların inkişafını izləməyə çalışan sadə istehlakçılar iştirak edir. Təşkilatçılar tərəfindən bu il sərgidə 60 mindən çox insanın iştirakı gözlənilir.
Məlumata görə, bu il “MWC Shanghai” “Özün üçün ən yaxşı gələcəyi kəşf et” şüarı ilə Pudun bölgəsində yeni Şanxay Beynəlxalq Sərgi Mərkəzində keçiriləcək. Yeddi pavilyonu əhatə edəcək sərgidə şirkətlərin ayrı-ayrı stendləri, mobil qurğuların və mobil sənayenin gələcəyini formalaşdıran innovativ məhsul, xidmət və texnologiyalı milli ekspozisiyalar nümayiş etdiriləcək. Söhbət ilk növbədə mobil telefonlar, şəbəkə infrastrukturu, proqram təminatı, mobil əlavələrin hazırlanması, açıq mobil sistemlər, mobil internet və İT və telekommunikasiya bazarında digər texnologiyalardan gedir.
Qeyd edək ki, Mobil Dünya Konqresi mobil sektor oyunçularının maraqlarını təmsil edən və ümumi sənaye ekosistemində 300 şirkətin 800 operatorunu birləşdirən “GSM” (GSMA) Assosiasiyası tərəfindən müxtəlif ölkələrdə təşkil edilir. Onların sırasına mobil qurğu və proqram təminatı istehsalçıları, avadanlıq tədarükçüləri və internet şirkətləri, eləcə də sənayenin müvafiq sahələrinin nümayəndələri daxildir.
Mənzil-qərargahı Londonda yerləşən assosiasiya dünyanın müxtəlif yerlərində sahə üzrə böyük konqres və konfranslar təşkil edir.
Nizam Nuriyev
Baxış sayı: 408
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet