12px13px15px17px
Tarix:28/06/18

Yeni sistem mağaza oğrularını müəyyənləşdirməyə kömək edəcək

Yaponiya mühəndisləri mağazalarda videomüşahidə aparan “AI Guardsman” neyron şəbəkəsini təqdim ediblər. Sistem alıcıların davranışını təhlil edərək mağaza oğrusunu müəyyənləşdirə bilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, “AI Guardsman” müşahidə kameralarına qoşulur və mağazada qayda-qanuna riayət edir. Sistemə mağaza oğrularının tipik vərdişləri, məsələn, kameranın əhatə dairəsindən kənar yerlərin axtarışı, şübhəli davranış və s. yüklənilib. Bundan başqa, neyroşəbəkə öyrənərək cinayətkarların yeni vərdişlərini yadda saxlaya bilir. Oğurluğun edilməsi ilə bağlı şübhə yaranan zaman sistem mağaza mühafizəsini xəbərdar edir.

Neyroşəbəkə yaradıcıları – “NTT East” və “Earth Eyes” startapları nümayəndələrinin sözlərinə görə, sistem cinayətkarlar bazasına qoşulmayıb və potensial oğrunun milli mənsubiyyətini nəzərə almır. Yaponiya mağazaları qiyməti 2150 dollar təşkil edən “AI Guardsman” sistemini əldə edərək və aylıq 40 dollar abunə haqqı ödəməklə onu qoşa bilərlər.

Nizam Nuriyev





Baxış sayı: 443

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024