12px13px15px17px
Tarix:29/06/18

“Sony Mobile” şirkəti bir neçə regionu tərk edir

“Sony Mobile” şirkəti bir neçə regionda yerli ofislərinin fəaliyyətini və əməliyyatları dayandıracaq.

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, söhbət Orta və Yaxın Şərq, eləcə də Türkiyə və Afrikadan gedir. Şirkət cari ilin oktyabrında bu regionlarda fəaliyyətini dayandırmağı planlaşdırır.
Bildirilir ki, fəaliyyətin dayandırılması qeyd olunan regionlarda işlərin pis getməsindən xəbər verir. Buna bir neçə səbəb göstərilir – rəqiblərlə müqayisədə qiymətlərin baha olması, eləcə də cəlbedici innovasiyaların olmaması.

Bundan başqa, Afrikada adi mobil telefonlar və başlanğıc və ya orta səviyyəli smartfonlar daha çox populyardır. “Sony Mobile” şirkətində isə hazırda bu məhsul seqmenti mövcud deyil.

Nizam Nuriyev





Baxış sayı: 572

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024