12px13px15px17px
Tarix:29/06/18

“Instagram” mobil proqramının yüngül versiyası təqdim edilib

inkişaf etmək niyyətindədir. Şirkət zəif mobil internetə və bahalı trafikə malik ölkələrin istifadəçilərini cəlb etmək üçün mobil proqramın “Android” sistemi üçün yüngül versiyasını (“Instagram Lite”) təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, “Instagram Lite” proqramı “Google Play” mağazasında yerləşdirilsə də,  hələ ki, yalnız meksikalı istifadəçilərə əlçatandır. Şirkətin nümayəndəsi bildirib ki, tezliklə başqa ölkələrin istifadəçiləri də bu proqramı öz qurğularına quraşdıra biləcəklər.

“Instagram” nümayəndəsinin sözlərinə görə, mobil proqramın yüngül versiyası daha az yer tutur, mobil trafikə qənaət etməyə imkan verir və daha sürətli işləyir. “Instagram Lite” proqramı 573 kb yer tutur, halbuki “Instagram” proqramının “iOS” platforması üçün versiyasının tutumu 141 MB təşkil edir.

“Instagram Lite” proqramı şəkillər və “Stories”də özü yoxa çıxan yazılar dərc etməyə imkan verir, ancaq videoların dərci və “Direct” bölməsi vasitəsilə şəxsi mesajların göndərilməsi, hələ ki, yeni proqramın istifadəçiləri üçün əlçatmazdır.

Emil Hüseynov



Baxış sayı: 255

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Sentyabr 2018

22 09 2018

22/09/18
Bu şirkətin istehsalı olan modemlər “Windows” istifadəçilərinin təhlükəsizliyini zərbə altına qoyur

“Alcatel” şirkətinin istehsalı olan “EE 4GEE” adlı simsiz modemlərdə aşkar edilmiş təhlükəli boşluq hakerə 

22/09/18
“Instagram”da dərclərin göstəriləcəyi ölkələri seçmək mümkün olacaq

“Facebook” sosial şəbəkəsinə məxsus olan “Instagram” xidməti istifadəçilərə öz dərclərinin müəyyən ölkə&

22/09/18
2018-ci ildə dünyada süni intellekt sürətləndiricisinə malik smartfonların payı 30%-i ötəcək

“Digitimes Research” tədqiqat şirkətinin proqnozuna görə, 2018-ci ilin dördüncü rübündə dünyada sü