12px13px15px17px
Tarix:29/06/18

Dünyada mobil qurğu istifadəçilərinin 59 faizi smartfonlara üstünlük verir

“Pew Research Center” tədqiqat şirkəti dünyanın müxtəlif ölkələrində smartfonların populyarlığına həsr edilən növbəti tədqiqatın nəticələrini dərc edib.

“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, reytinqə smartfonların mobil qurğular bazarında 94 faizə sahib çıxdığı Cənubi Koreya liderlik edir. İkinci yerdə rəyi soruşulan 100 nəfərin 83-ü smartfondan istifadə edən, lakin 3 faizi mobil qurğuya ehtiyac duymayan İsrail qərarlaşıb.

Məlumata görə, ABŞ reytinqdə 8-ci pillədə yer alıb. Ölkədə mobil qurğu istifadəçilərinin 77 faizi smartfonlara üstünlük verir.

Ümumilikdə smartfonlar dünyada 59 faizlə birinciliyə sahib çıxıb, mobil telefonlar isə 31 faiz bazar payı ilə kifayətlənib. Analitiklərin qiymətləndirməsinə görə, bu il smartfonların payı 66 faizədək arta bilər.

Nizam Nuriyev





Baxış sayı: 424

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024