Tarix:03/07/18
“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, söhbət sualtı robotla yanaşı, suüstü robotlaşdırılmış katerin daxil olacağı bütöv robotlaşdırılmış kompleksdən gedir.
Robotun 2022-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Perspektivli kompleksin yaradıcıları bildirib ki, robot – sualtı robot və robotlaşdırılmış kater tandemi tral gəmiləri ilə müqayisədə daha effektiv həll olacaq. Onların sözlərinə görə, birincisi bilavasitə minaların aşkarlanması ilə məşğul olacaq, ikincisi isə onların məhv edilməsini həyata keçirəcək.
Hərbi qurumlar tərəfindən robotun yaradılmasına 4 milyard Yaponiya yeni (təxminən 36 milyon dollar) sərf ediləcək.
Robot su basımı 4 min ton təşkil edəcək perspektivli esminesin yaradılması üzrə layihə çərçivəsində hazırlanır.
Nizam Nuriyev
Dəniz minalarının aşkarlanması üçün robot yaradılacaq
“Mitsubishi Heavy Industries” korporasiyası Yaponiya Müdafiə Nazirliyinin sifarişi əsasında dəniz minalarını aşkarlayaraq zərərsizləşdirən robot yaradacaq.“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, söhbət sualtı robotla yanaşı, suüstü robotlaşdırılmış katerin daxil olacağı bütöv robotlaşdırılmış kompleksdən gedir.
Robotun 2022-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Perspektivli kompleksin yaradıcıları bildirib ki, robot – sualtı robot və robotlaşdırılmış kater tandemi tral gəmiləri ilə müqayisədə daha effektiv həll olacaq. Onların sözlərinə görə, birincisi bilavasitə minaların aşkarlanması ilə məşğul olacaq, ikincisi isə onların məhv edilməsini həyata keçirəcək.
Hərbi qurumlar tərəfindən robotun yaradılmasına 4 milyard Yaponiya yeni (təxminən 36 milyon dollar) sərf ediləcək.
Robot su basımı 4 min ton təşkil edəcək perspektivli esminesin yaradılması üzrə layihə çərçivəsində hazırlanır.
Nizam Nuriyev
Baxış sayı: 374
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet