12px13px15px17px
Tarix:06/07/18

“Ağıllı” geyim ürəktutma barədə xəbərdar edəcək

Çinin “Lenovo Group” şirkəti və Tsyansu əyalətinin Cənub-Şərq Universitetinin tədqiqatçılar qrupu ürəyin vəziyyətini izləyən və istifadəçini ilk təhlükəli simptomlar barədə xəbərdar edən “ağıllı” geyim hazırlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, “Smart Vest” adlanan geyim xarici görünüşünə görə adi futbolkaya bənzəsə də, ona 24 saat ərzində elektrokardioqramı izləyən, ürək döyüntüsü səslərini, təzyiq və nəfəsi qeydə alan  müxtəlif simsiz elektrod və sensorlar yerləşdirilib. Bundan başqa, smartfona bütün məlumatları “bulud” saxlancına yükləyən xüsusi proqram quraşdırılıb. Yükləmə sutkada bir dəfə edilir və bundan sonra futbolka yeni qeydiyyat dövrəsinə başlayır.

Saxlancda süni intellekt sistemi məlumatları analiz edir və nəticəni göstərir. Bundan başqa, “ağıllı” geyim istifadəçisi onu maraqlandıran göstəriciləri izləyə və həkimə göndərə bilər.  

Texnologiya həmmüəllifi doktor Lyu Çenyuy bildirib ki, proqram diaqnoz qoyur və ciddi ürək pozuntularını proqnozlaşdırır.

“Ürəktutmanın aşkarlanması və müalicəsi üçün ən yaxşı vaxt ürək dayanmamışdan 8 saat əvvəl hesab edilir. Bununla yanaşı, ürək əzələsinin anomal aktivliyi tutmadan 2-3-gün əvvəl elektrokardioqramda görünməyə başlayır. Tərəfimizdən yaradılan sistem daim insanı nəzarət altında saxlaya və təhlükə yarananda onu xəbərdar edə bilir. Futbolka könüllülər üzərində bir neçə dəfə sınaqdan keçirilib və yaxşı nəticələr nümayiş etdirib”, - o qeyd edib.  

Nizam Nuriyev





Baxış sayı: 403

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024