Tarix:07/07/18
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, molekullar sxemini avtomatik quran əvvəlki “SMILES” sistemində hər atom və rabitə üçün uyğun simvollar dəsti olub. Nəticədə “SMILES” məntiqi çərçivəsində səhvsiz görünən, lakin kimya qanunları sahəsində mənasız olan uzun kod əmələ gəlib. Hazırda isə tədqiqatçılar tərəfindən başqa sistem kəşf edilib.
Bildirilir ki, yeni sistem bilavasitə kimyəvi birləşmənin struktur formulunu təqdim edən molekulyar qraflarla işləyir. O, əvvəlcə daxil olan molekulu “kodlaşdırır”, molekulyar qrafları hər biri konkret tikinti bloku olan dəstlərə ayırır. Dəstlər kompüter təlimi sayəsində avtomatik yaradılır. Onlar orijinal qrafa uyğun gələn “ağacşəkilli struktur”a quraşdırılır.
“Dekodlama” zamanı molekul “sadədən mürəkkəbə doğru” məsafə qət edir. Süni intellekt əvvəlcə “ağacşəkilli struktur”un skeletini yaradır, daha sonra onu bir-birinə bağlı dəstlərlə tamamlayır və çətinləşdirir. Bu səbəbdən bərpa edilmiş molekulyar qraf əsas qrafın dəqiq surətini alır.
250 molekulyar qraf üzərində sınağı keçirilən sistem sonda öz modellərində 100 faizlik kimyəvi dəqiqliyə nail olub. Əvvəlki “SMILES” sistemində bu göstərici 43 faiz təşkil edib. Müəlliflərin sözlərinə görə, alqoritm, həmçinin, verilən xüsusiyyətlərə əsaslanaraq molekullar tərtib edə bilir.
Nizam Nuriyev
Süni intellekt molekullar tərtib edəcək
Massaçusets Texnologiya İnstitutunun (MIT) mütəxəssisləri molekulları 100 faizlik kimyəvi dəqiqliklə tərtib edən neyron şəbəkə yaradıblar. Gələcəkdə alqoritm kimyaçıların işini sadələşdirməyə kömək edəcək.“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, molekullar sxemini avtomatik quran əvvəlki “SMILES” sistemində hər atom və rabitə üçün uyğun simvollar dəsti olub. Nəticədə “SMILES” məntiqi çərçivəsində səhvsiz görünən, lakin kimya qanunları sahəsində mənasız olan uzun kod əmələ gəlib. Hazırda isə tədqiqatçılar tərəfindən başqa sistem kəşf edilib.
Bildirilir ki, yeni sistem bilavasitə kimyəvi birləşmənin struktur formulunu təqdim edən molekulyar qraflarla işləyir. O, əvvəlcə daxil olan molekulu “kodlaşdırır”, molekulyar qrafları hər biri konkret tikinti bloku olan dəstlərə ayırır. Dəstlər kompüter təlimi sayəsində avtomatik yaradılır. Onlar orijinal qrafa uyğun gələn “ağacşəkilli struktur”a quraşdırılır.
“Dekodlama” zamanı molekul “sadədən mürəkkəbə doğru” məsafə qət edir. Süni intellekt əvvəlcə “ağacşəkilli struktur”un skeletini yaradır, daha sonra onu bir-birinə bağlı dəstlərlə tamamlayır və çətinləşdirir. Bu səbəbdən bərpa edilmiş molekulyar qraf əsas qrafın dəqiq surətini alır.
250 molekulyar qraf üzərində sınağı keçirilən sistem sonda öz modellərində 100 faizlik kimyəvi dəqiqliyə nail olub. Əvvəlki “SMILES” sistemində bu göstərici 43 faiz təşkil edib. Müəlliflərin sözlərinə görə, alqoritm, həmçinin, verilən xüsusiyyətlərə əsaslanaraq molekullar tərtib edə bilir.
Nizam Nuriyev
Baxış sayı: 464
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet