Tarix:09/07/18
“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, tərtibatçıların sözlərinə görə, artıq laboratoriya sınaqları keçirilən sarğı-plastır hətta mürəkkəb yaraların öhdəsindən gələ bilir. Quraşdırılmış ötürücülər infeksiya və ya iltihabın mövcudluğunu göstərən “pH” səviyyəsini və bədən temperaturunu izləyir.
Bildirilir ki, yanıqlar və müxtəlif xəstəliklər dərinin bərpaedici qabiliyyətini poza bilər, lakin “ağıllı” plastır hətta pis bitişən yaraları effektiv şəkildə sağaldaraq xəstə və ya həkimlər tərəfindən müdaxiləni minimuma endirir. Texnologiya dərinin təbii bitişməsinə imkan yaradır. Mikroprosessor ötürücü məlumatlarını oxuyur və istifadəçinin istəyinə uyğun olaraq antibiotik dozaları dərinin altına yeridir. Bütün konstruksiya şəffaf tibbi plyonkaya bərkidilib və 3 millimetrə yaxın qalınlıqda elastik sarğını formalaşdırır.
Plastır yaradıcıları sarğı materialının ucuz alınması, mikroprosessordan başqa bütün komponentlərin isə birdəfəlik olması üçün çalışıblar. Gələcəkdə “ağıllı” sarğının tətbiq ediləcək sahələrinin genişləndirilməsi üçün onun imkanlarının artırılması nəzərdə tutulur. Hazırda texnologiyanın “in vitro” şəraitində uğurlu sınağı keçirilib və klinikaya qədər olan testi aparılır.
Nizam Nuriyev
“Ağıllı” sarğı yaraların sağalma prosesini izləyəcək
ABŞ-ın Tafts Universitetinin mühəndisləri yaraların sağalma prosesini izləyən quraşdırılmış ötürücülərə malik yeni “ağıllı” sarğı yaradıblar.“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, tərtibatçıların sözlərinə görə, artıq laboratoriya sınaqları keçirilən sarğı-plastır hətta mürəkkəb yaraların öhdəsindən gələ bilir. Quraşdırılmış ötürücülər infeksiya və ya iltihabın mövcudluğunu göstərən “pH” səviyyəsini və bədən temperaturunu izləyir.
Bildirilir ki, yanıqlar və müxtəlif xəstəliklər dərinin bərpaedici qabiliyyətini poza bilər, lakin “ağıllı” plastır hətta pis bitişən yaraları effektiv şəkildə sağaldaraq xəstə və ya həkimlər tərəfindən müdaxiləni minimuma endirir. Texnologiya dərinin təbii bitişməsinə imkan yaradır. Mikroprosessor ötürücü məlumatlarını oxuyur və istifadəçinin istəyinə uyğun olaraq antibiotik dozaları dərinin altına yeridir. Bütün konstruksiya şəffaf tibbi plyonkaya bərkidilib və 3 millimetrə yaxın qalınlıqda elastik sarğını formalaşdırır.
Plastır yaradıcıları sarğı materialının ucuz alınması, mikroprosessordan başqa bütün komponentlərin isə birdəfəlik olması üçün çalışıblar. Gələcəkdə “ağıllı” sarğının tətbiq ediləcək sahələrinin genişləndirilməsi üçün onun imkanlarının artırılması nəzərdə tutulur. Hazırda texnologiyanın “in vitro” şəraitində uğurlu sınağı keçirilib və klinikaya qədər olan testi aparılır.
Nizam Nuriyev
Baxış sayı: 561
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet