Tarix:09/07/18
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, “Codex AI Suite” şirkət və tədqiqat institutlarına süni intellekt əlavələrini hazırlamağa, tətbiq etməyə və idarə etməyə kömək edir. Onun köməyi ilə informasiya emalı və analizi üzrə mütəxəssislər emal edilməmiş məlumatlardan xeyir götürərək biznesin yeni inkişaf yollarını aça biləcəklər.
Məlumata görə, “Codex AI Suite” vasitəsilə yaradılan proqramlar “Amazon Web Services”, “Azure”, “Google Cloud” ictimai “bulud” servislərində, eləcə də “Atos BullSequana S” daxil olmaqla lokal mühitdə quraşdırıla bilər.
Texnologiya tibb, dövlət təhlükəsizliyi, “ağıllı” şəhərlər, intellektual və avtonom məlumat emalı mərkəzləri kimi sahələr üçün nəzərdə tutulub.
“Atos Codex AI Suite” paketini ayrıca proqram platforması şəklində və ya server infrastrukturu ilə birlikdə əldə etmək mümkündür.
Nizam Nuriyev
Süni intellekt əlavələrinin yaradılması üçün proqram təminatı təqdim olunub
Fransanın “Atos” informasiya texnologiyaları şirkəti süni intellekt elementli korporativ əlavələrin yaradılması üçün nəzərdə tutulan “Codex AI Suite” proqram kompleksini nümayiş etdirib.“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, “Codex AI Suite” şirkət və tədqiqat institutlarına süni intellekt əlavələrini hazırlamağa, tətbiq etməyə və idarə etməyə kömək edir. Onun köməyi ilə informasiya emalı və analizi üzrə mütəxəssislər emal edilməmiş məlumatlardan xeyir götürərək biznesin yeni inkişaf yollarını aça biləcəklər.
Məlumata görə, “Codex AI Suite” vasitəsilə yaradılan proqramlar “Amazon Web Services”, “Azure”, “Google Cloud” ictimai “bulud” servislərində, eləcə də “Atos BullSequana S” daxil olmaqla lokal mühitdə quraşdırıla bilər.
Texnologiya tibb, dövlət təhlükəsizliyi, “ağıllı” şəhərlər, intellektual və avtonom məlumat emalı mərkəzləri kimi sahələr üçün nəzərdə tutulub.
“Atos Codex AI Suite” paketini ayrıca proqram platforması şəklində və ya server infrastrukturu ilə birlikdə əldə etmək mümkündür.
Nizam Nuriyev
Baxış sayı: 413
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet