Tarix:10/07/18
“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, siyahıda birinci yeri 1 il əvvəl olduğu kimi, 302,1 milyard dollar qiymətləndirilən “Google” brendi tutub. “Apple” 300,6 milyard dollar qiymətləndirmə ilə ikinci mövqedə qərarlaşıb. Liderlər üçlüyünü il ərzində 1,5 dəfə - 207,6 milyard dollaradək bahalaşan “Amazon” brendi tamamlayıb.
Məlumata görə, reytinqə ilk dəfə olaraq ABŞ-ın “Charter Communications” telekommunikasiya şirkətinin (39,4 milyard dollar qiymətləndirmə ilə 27-ci yer) “Spectrum” brendi, Çinin “JD.com” internet pərakəndə satış platforması (20,9 milyard dollar qiymətləndirmə ilə 59-cu yer), “Uber” (16 milyard dollar qiymətləndirmə ilə 81-ci yer), “HP” (14,8 milyard dollar qiymətləndirmə ilə 89-cu yer), Çinin “SF Express” logistika operatoru (14,5 milyard dollar qiymətləndirmə ilə 90-cı yer), “Instagram” (14,5 milyard dollar qiymətləndirmə ilə 91-ci yer), İndoneziyanın “BCA” özəl bankı (12,7 milyard dollar qiymətləndirmə ilə 99-cu yer) və “Adidas” (12,5 milyard dollar qiymətləndirmə ilə 100-cü yer) daxil olub.
Reytinqdə iştirak edən bütün 100 brendin ümumi dəyəri il ərzində 21 faiz artaraq 4,4 trilyon dollar təşkil edib.
Qeyd edək ki, “Kantar Millward Brown” mütəxəssisləri reytinqin hazırlanması üçün dünyanın 3,6 milyon istehlakçısının 50 bazarda təmsil olunan 120 min brendə münasibətini öyrənib, eləcə də brend sahibi olan şirkətlərin maliyyə göstəricilərini tədqiq ediblər.
Nizam Nuriyev
Məşhur brendlərin dəyəri 300 milyard dolları ötüb
“Google” və “Apple” dəyəri 300 milyard dollardan çox qiymətləndirilən brendlər seçilib. Bu barədə “Kantar Millward Brown” marketinq agentliyinin tərtib etdiyi illik “BrandZ” dünyanın ən bahalı brendləri reytinqində deyilir.“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, siyahıda birinci yeri 1 il əvvəl olduğu kimi, 302,1 milyard dollar qiymətləndirilən “Google” brendi tutub. “Apple” 300,6 milyard dollar qiymətləndirmə ilə ikinci mövqedə qərarlaşıb. Liderlər üçlüyünü il ərzində 1,5 dəfə - 207,6 milyard dollaradək bahalaşan “Amazon” brendi tamamlayıb.
Məlumata görə, reytinqə ilk dəfə olaraq ABŞ-ın “Charter Communications” telekommunikasiya şirkətinin (39,4 milyard dollar qiymətləndirmə ilə 27-ci yer) “Spectrum” brendi, Çinin “JD.com” internet pərakəndə satış platforması (20,9 milyard dollar qiymətləndirmə ilə 59-cu yer), “Uber” (16 milyard dollar qiymətləndirmə ilə 81-ci yer), “HP” (14,8 milyard dollar qiymətləndirmə ilə 89-cu yer), Çinin “SF Express” logistika operatoru (14,5 milyard dollar qiymətləndirmə ilə 90-cı yer), “Instagram” (14,5 milyard dollar qiymətləndirmə ilə 91-ci yer), İndoneziyanın “BCA” özəl bankı (12,7 milyard dollar qiymətləndirmə ilə 99-cu yer) və “Adidas” (12,5 milyard dollar qiymətləndirmə ilə 100-cü yer) daxil olub.
Reytinqdə iştirak edən bütün 100 brendin ümumi dəyəri il ərzində 21 faiz artaraq 4,4 trilyon dollar təşkil edib.
Qeyd edək ki, “Kantar Millward Brown” mütəxəssisləri reytinqin hazırlanması üçün dünyanın 3,6 milyon istehlakçısının 50 bazarda təmsil olunan 120 min brendə münasibətini öyrənib, eləcə də brend sahibi olan şirkətlərin maliyyə göstəricilərini tədqiq ediblər.
Nizam Nuriyev
Baxış sayı: 437
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet