Tarix:11/07/18
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, təlimatda xəbərin mənbəyinə baxaraq digər resursların informasiyası ilə müqayisə etmək, fotoya diqqət yetirmək və xəbərdə yazılanla tutuşdurmaq, xəbərləri ehtiyatla yaymaq kimi əsas tövsiyələr yer alıb.
Məlumata görə, messencer təlimatı şayiələrin yayılması ilə əlaqədar baş verən qətllərin qarşısını almaq məqsədilə təqdim edib. Belə ki, Hindistanda messencerdə yayılan yalan xəbərlərə görə insanlara hücumların sayı artıb. İnsidentlərdən biri kimi kütlənin bir qrup insanı uşaqların oğurlanması ilə bağlı şayiələrə görə ölümcül döyməsi qeyd olunur. Baş vermiş hadisədə zərərçəkənlərin təqsiri sübuta yetirilməyib, hücum edənlər “Whatsapp”da fərziyyələrə inanıblar.
Bildirilir ki, ölkə hökuməti messencerdə təsdiq olunmamış xəbərlərin yayılmasının qarşısının alınmasını tələb edib. Uşaqların oğurlanması ilə bağlı oxşar şayiələrə görə ötən ay Hindistanda azı 8 nəfər qətlə yetirilib.
Belə reaksiyanın başlıca səbəbi kimi ölkədə rəqəmli texnologiyaların yeniliyi göstərilir. İnsanlar messencer və sosial şəbəkələrdə şayiələrə qarşı çox həssaslıq nümayiş etdirirlər. Əhalisinin sayı 1,3 milyard nəfər təşkil edən Hindistanda “WhatsApp”da 200 milyon qeydiyyatdan keçib.
Nizam Nuriyev
“WhatsApp” Hindistanda qətllərin qarşısını alacaq
“WhatsApp” messenceri Hindistan sakinləri üçün yalan xəbərlərlə mübarizə üzrə təlimat təqdim edib.“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, təlimatda xəbərin mənbəyinə baxaraq digər resursların informasiyası ilə müqayisə etmək, fotoya diqqət yetirmək və xəbərdə yazılanla tutuşdurmaq, xəbərləri ehtiyatla yaymaq kimi əsas tövsiyələr yer alıb.
Məlumata görə, messencer təlimatı şayiələrin yayılması ilə əlaqədar baş verən qətllərin qarşısını almaq məqsədilə təqdim edib. Belə ki, Hindistanda messencerdə yayılan yalan xəbərlərə görə insanlara hücumların sayı artıb. İnsidentlərdən biri kimi kütlənin bir qrup insanı uşaqların oğurlanması ilə bağlı şayiələrə görə ölümcül döyməsi qeyd olunur. Baş vermiş hadisədə zərərçəkənlərin təqsiri sübuta yetirilməyib, hücum edənlər “Whatsapp”da fərziyyələrə inanıblar.
Bildirilir ki, ölkə hökuməti messencerdə təsdiq olunmamış xəbərlərin yayılmasının qarşısının alınmasını tələb edib. Uşaqların oğurlanması ilə bağlı oxşar şayiələrə görə ötən ay Hindistanda azı 8 nəfər qətlə yetirilib.
Belə reaksiyanın başlıca səbəbi kimi ölkədə rəqəmli texnologiyaların yeniliyi göstərilir. İnsanlar messencer və sosial şəbəkələrdə şayiələrə qarşı çox həssaslıq nümayiş etdirirlər. Əhalisinin sayı 1,3 milyard nəfər təşkil edən Hindistanda “WhatsApp”da 200 milyon qeydiyyatdan keçib.
Nizam Nuriyev
Baxış sayı: 464
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet