Tarix:12/07/18
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, məlumata görə, “Google Pay” və “Google Pay Send” əlavələrinin funksionallığı birləşdirilib. İndi servis istifadəçiləri arasında pul göndərmək və tələb etmək mümkündür. Lakin funksiyadan hazırda yalnız ABŞ istifadəçiləri yararlana bilər. Bundan başqa, hesabı bir neçə nəfər arasında bölmək olar - 5 nəfərədək iştirakçı dəstəklənir.
Digər yeniliklər arasında enmə talonları, konsert biletləri, loyallıq kartları, hədiyyə kartlarının və s. saxlanılması qeyd olunur.
Ödənişlər haqqında informasiyanı həm əlavə, həm də internet interfeysi vasitəsilə idarə etmək mümkündür. Bütün informasiya “Google Account” vasitəsilə sinxronlaşdırılır.
Xatırladaq ki, 2018-ci ilin əvvəlində istifadəyə verilən “Google Pay” servisi “Android Pay” və “Google Wallet” ödəniş servislərini vahid brend altında özündə birləşdirir.
Nizam Nuriyev
“Google Pay” servisində istifadəçilər arasında pulköçürmə funksiyası istifadəyə verilib
“Google Pay” şirkəti “Google Pay” ödəniş servisini yeniləyərək onun imkanlarını genişləndirib.“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, məlumata görə, “Google Pay” və “Google Pay Send” əlavələrinin funksionallığı birləşdirilib. İndi servis istifadəçiləri arasında pul göndərmək və tələb etmək mümkündür. Lakin funksiyadan hazırda yalnız ABŞ istifadəçiləri yararlana bilər. Bundan başqa, hesabı bir neçə nəfər arasında bölmək olar - 5 nəfərədək iştirakçı dəstəklənir.
Digər yeniliklər arasında enmə talonları, konsert biletləri, loyallıq kartları, hədiyyə kartlarının və s. saxlanılması qeyd olunur.
Ödənişlər haqqında informasiyanı həm əlavə, həm də internet interfeysi vasitəsilə idarə etmək mümkündür. Bütün informasiya “Google Account” vasitəsilə sinxronlaşdırılır.
Xatırladaq ki, 2018-ci ilin əvvəlində istifadəyə verilən “Google Pay” servisi “Android Pay” və “Google Wallet” ödəniş servislərini vahid brend altında özündə birləşdirir.
Nizam Nuriyev
Baxış sayı: 486
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet