Tarix:13/07/18
“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, “Mən rəqəmli texnologiyalar sahəsində əməkdaşlıq üzrə panel yaratmaq barədə qərar qəbul etmişəm. Blokçeyn kimi yeni texnologiyalar hər gün yaranır. Mən BMT-ni texnoloji əsr dövründə dialoq üçün unikal platforma kimi təsəvvür edirəm”, - baş katib qeyd edib.
Məlumata görə, yeni məşvərətçi orqan 9 aydan sonra rəqəmli texnologiyalar sahəsində problemlərin həlli ilə bağlı təkliflər təqdim edəcək.
A.Quterriş vurğulayıb ki, rəqəmli texnologiyalar dünyanı və cəmiyyəti dəyişir ki, bu da qeyd olunan sahədə beynəlxalq əməkdaşlığı zəruri edir. “Qlobal cəmiyyət hazırda texnologiyalar sahəsində etika, insan hüquqları və təhlükəsizlik problemləri ilə üzləşir. Tədqiqatçılar, politoloqlar, sahibkarlar, vətəndaş və elmi cəmiyyətin nümayəndələri bir masa arxasına əyləşərək bu sahədə fikir mübadiləsi etməli və öz təkliflərini irəli sürməlidirlər. Yeni panel bizə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa kömək edəcək”, - o əlavə edib.
Rəqəmli texnologiyalar sahəsində beynəlxalq əməkdaşlıq üzrə ekspert qrupuna ABŞ sahibkarı Melinda Qeyts və Çinin “Alibaba” şirkətinin yaradıcısı Cek Ma rəhbərlik edəcək.
Nizam Nuriyev
BMT rəqəmli texnologiyalar sahəsində əməkdaşlıq üzrə yeni orqan yaradır
BMT rəqəmli texnologiyalar sahəsində beynəlxalq əməkdaşlıq üzrə ekspert qrupu yaradacaq. Bu barədə mətbuat konfransında BMT baş katibi Antoniu Quterriş bildirib.“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, “Mən rəqəmli texnologiyalar sahəsində əməkdaşlıq üzrə panel yaratmaq barədə qərar qəbul etmişəm. Blokçeyn kimi yeni texnologiyalar hər gün yaranır. Mən BMT-ni texnoloji əsr dövründə dialoq üçün unikal platforma kimi təsəvvür edirəm”, - baş katib qeyd edib.
Məlumata görə, yeni məşvərətçi orqan 9 aydan sonra rəqəmli texnologiyalar sahəsində problemlərin həlli ilə bağlı təkliflər təqdim edəcək.
A.Quterriş vurğulayıb ki, rəqəmli texnologiyalar dünyanı və cəmiyyəti dəyişir ki, bu da qeyd olunan sahədə beynəlxalq əməkdaşlığı zəruri edir. “Qlobal cəmiyyət hazırda texnologiyalar sahəsində etika, insan hüquqları və təhlükəsizlik problemləri ilə üzləşir. Tədqiqatçılar, politoloqlar, sahibkarlar, vətəndaş və elmi cəmiyyətin nümayəndələri bir masa arxasına əyləşərək bu sahədə fikir mübadiləsi etməli və öz təkliflərini irəli sürməlidirlər. Yeni panel bizə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa kömək edəcək”, - o əlavə edib.
Rəqəmli texnologiyalar sahəsində beynəlxalq əməkdaşlıq üzrə ekspert qrupuna ABŞ sahibkarı Melinda Qeyts və Çinin “Alibaba” şirkətinin yaradıcısı Cek Ma rəhbərlik edəcək.
Nizam Nuriyev
Baxış sayı: 434
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet