12px13px15px17px
Tarix:18/07/18

Robotlar yeni iş yerləri yaradacaq

“PwC” tədqiqat şirkəti süni intellektin cəmiyyətə təsiri ilə bağlı proqnoz verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Life www.life.ru” resursuna istinadən yazır ki, ekspertlərin versiyasına görə, süni intellekt iş yerlərinin sayını azaltsa da, narahatlıq üçün əsas yoxdur.
 
Proqnoza görə, yeni texnologiyalar bazarın müəyyən seqmentlərində iş yerlərinin azalmasına səbəb olacağına baxmayaraq yenilərini yaradacaq. Məsələn, 2037-ci ilədək Böyük Britaniyada robotlar insanları iş yerlərinin təxminən 20 faizindən sıxışdıracaq, lakin elmi-texniki inqilab eyni sayda yenilərini yaratmağa imkan verəcək.
 
Gözlənilir ki, süni intellekt daha çox təhsil, elmi-texniki, informasiya və kommunikasiya, eləcə də ictimai iaşə sahələrində tətbiq ediləcək.
 
Süni intellektin maliyyə sektorunda, pərakəndə satış, tikinti, dövlət idarəçiliyi və digər sahələrdə iş yerlərinin azalmasına təsiri nisbətən zəif olacaq.
 
2017-ci ilədək say nisbətində təxminən 7 milyon iş yerinin azalması proqnozlaşdırılsa da, onun əvəzinə daha 7,2 milyon yaradılacaq. Məsələn, tibb işçilərinin 12 faizi robotlarla əvəzlənəcək, lakin tibb sektorunda yeni iş yerlərinin sayı ümumilikdə 34 faiz təşkil edəcək.

Nizam Nuriyev




Baxış sayı: 522

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024