12px13px15px17px
Tarix:18/07/18

Qrafendən gödəkcə istehsal edilib

Böyük Britaniyanın “Vollebak” brendi qrafendən hazırlanan gödəkcə təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Life www.life.ru” resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin sözlərinə görə, qismən qrafendən hazırlanan gödəkcə yayın axırında satışa çıxarılacaq. İnnovativ material sayəsində geyim uzunömürlü, suyadavamlı və yüngül olacaq. Qara rəngli külək keçirməyən gödəkcənin qiyməti barədə məlumat verilmir.
  
Qeyd edək ki, qrafen poladdan möhkəm materialdır və çox nazik olduğuna görə ikiölçülü hesab edilir. Qrafen torunun qalınlığı bir atom təşkil edir ki, bu da kağızdan bir milyon dəfə nazikdir. 2004-cü ildə kəşf edilən qrafen kimyəvi əlaqələrlə birləşdirilmiş birqatlı karbon atomlarından ibarət yüksək elektrik keçirici, davamlı və elastik nanomaterialdır. Bir neçə nanometrlik qalınlığa malik materialın görünən işıq üçün şəffaf olması onun mikroelektronika qurğularında tətbiqinə böyük perspektiv vəd edir. Materialın əsasında yaradılacaq gələcək qurğular zədələrə hazırda istifadə edilən qurğulardan daha dözümlü olacaq.
 
Nizam Nuriyev




Baxış sayı: 557

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024