12px13px15px17px
Tarix:23/07/18

Günəşə ilk zond buraxılacaq

ABŞ Kosmik Agentliyi (NASA) ulduz atmosferinin tədqiqi üçün Günəşə ilk zond buraxacaq. Buraxılışı avqusta planlaşdırılan "Parker Solar Probe" adlı zond həm günəş istiliyinə, həm də şüalanmaya qarşı davamlı olacaq.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Rambler www.rambler.ru" resursuna istinadən yazır ki, "NASA" Günəşə uçacaq "Parker Solar Probe" zondunu ötən il təqdim edib. O, 1958-ci ildə günəş küləyinin mövcudluğunu sübut edən astrofizik Yucin Parkerin şərəfinə adlandırılıb.
 
Bildirilir ki, hazırda Çikaqo Universitetində çalışan məşhur alim "Parker Solar Probe" missiyası layihəsinin iştirakçısıdır. Tədqiqatçı layihədə Günəşə məlumat göndərməklə məşğuldur. Bu, alim tərəfindən yaradılacaq üstü yazılı "boşqab" olacaq. Bundan başqa, zondda astrofizikin fotoşəkilinin əks olunduğu çip saxlanılacaq.
  
Zond orbitdə Günəşdən 3,7 milyon mil uzaqlıqda yerləşəcək. Onun vasitəsilə əldə edilən müşahidələr ulduzların fizikası haqqında yeni məlumatlar almağa, sirli halə barədə mövcud bilikləri dəyişməyə, günəş küləyi haqqında ətraflı məlumat verməyə imkan verəcək və kosmosdan havanın proqnozlaşdırılmasını yaxşılaşdırmağa kömək edəcək. Bu hadisələr peyklərə, astronavtlara təsir göstərə, Yerdə isə radiasiya şüalanmasında və elektrik şəbəkələrinin fəaliyyətində əks oluna bilər.
 
Günəşə uçuş 60 il əvvəl planlaşdırılsa da, o vaxt zondun yaradılması üçün materiallar mövcud olmayıb. Zondun Günəş ətrafında sürəti saatda 450 min mil təşkil edəcək. Missiyanın 2025-ci ilin iyununda başa çatacağı gözlənilir.
  
Nizam Nuriyev




Baxış sayı: 396

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024