Tarix:28/07/18
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler www.rambler.ru” resursuna istinadən yazır ki, “Zephyr S” aparatının ilk uçuşu iyulun 11-də başlayıb. Arizona ştatında yerləşən poliqondan buraxılan dron indiyədək havada uçur. Aparatın uçuş müddətinin son rekordu onun yerə enişindən sonra qeydə alınacaq. Lakin bunun nə vaxt baş verəcəyi barədə məlumat verilmir. Nəzəri baxımdan aparat havada 3 ay qala bilər.
Pilotsuz uçan aparatlar arasında uçuş müddətinin əvvəlki rekorduna “Zephyr” aparat prototipi imza atıb – günəş batareyaları ilə işləyən iki elektromotorlu dron havada 2 həftə qalıb.
Qanadlarının uzunluğu 28 metr təşkil edən “Zephyr” aparatının bütün üst səthi günəş batareyaları ilə əhatə olunub. Aparat 21,3 km hündürlükdə uçuşlar yerinə yetirə və 5 kq-dək faydalı yük daşıya bilir. “Zephyr S” pilotsuz uçan aparatının seriyalı istehsalına bu ayın ortalarında Britaniyanın Farnboro şəhərində başlanılıb. İlk 3 dronun Britaniya hərbçilərinə təqdim edilməsi planlaşdırılır.
Nizam Nuriyev
Pilotsuz uçan aparat uçuş müddətində rekorda imza atıb
Avropanın “Airbus” təyyarəqayırma konserninin hazırladığı “Zephyr S” pilotsuz uçan aparatı havada 15 sutkadan çox qalaraq dronlar arasında uçuş müddətinin mütləq rekordunu qırıb.“ICTnews” Elektron Xəbər Xidməti “Rambler www.rambler.ru” resursuna istinadən yazır ki, “Zephyr S” aparatının ilk uçuşu iyulun 11-də başlayıb. Arizona ştatında yerləşən poliqondan buraxılan dron indiyədək havada uçur. Aparatın uçuş müddətinin son rekordu onun yerə enişindən sonra qeydə alınacaq. Lakin bunun nə vaxt baş verəcəyi barədə məlumat verilmir. Nəzəri baxımdan aparat havada 3 ay qala bilər.
Pilotsuz uçan aparatlar arasında uçuş müddətinin əvvəlki rekorduna “Zephyr” aparat prototipi imza atıb – günəş batareyaları ilə işləyən iki elektromotorlu dron havada 2 həftə qalıb.
Qanadlarının uzunluğu 28 metr təşkil edən “Zephyr” aparatının bütün üst səthi günəş batareyaları ilə əhatə olunub. Aparat 21,3 km hündürlükdə uçuşlar yerinə yetirə və 5 kq-dək faydalı yük daşıya bilir. “Zephyr S” pilotsuz uçan aparatının seriyalı istehsalına bu ayın ortalarında Britaniyanın Farnboro şəhərində başlanılıb. İlk 3 dronun Britaniya hərbçilərinə təqdim edilməsi planlaşdırılır.
Nizam Nuriyev
Baxış sayı: 814
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet