12px13px15px17px
Tarix:30/07/18

Merkurinin tədqiqi üzrə “BepiColombo” missiyasının startı payıza təyin edilib

Avropa Kosmik Agentliyi (ESA) məqsədi Günəşə ən yaxın planet - Merkurinin tədqiqi olan "BepiColombo" missiyasının aparatlarının buraxılış müddətini müəyyənləşdirib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews www.3dnews.ru" resursuna istinadən yazır ki, "BepiColombo" layihəsi "ESA" tərəfindən Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (Japan Aerospace eXploration Agency - JAXA) ilə birlikdə həyata keçirilir. Missiya kosmik aparatların digər planetlərə uçuşu üçün istifadə edilən qravitasiya manevri metodikasını hazırlayan İtaliya riyaziyyatçısı və mühəndisi Cuzepe Kolombonun şərəfinə adlandırılıb.
 
Məlumata görə, Merkuriyə 1 nəqliyyat modulunda 2 orbital stansiya - "ESA Mercury Planetary Orbiter" və "JAXA Mercury Magnetospheric Orbiter" aparatları göndəriləcək. Maraqlıdır ki, yanacağa qənaət üçün "BepiColombo" uçuş zamanı 9 qravitasiya manevri (bir Yer ətrafında, ikisi Venera yaxınlığında və altısı Merkuri ətrafında) yerinə yetirəcək.
 
Bildirilir ki, "BepiColombo" missiyasının buraxılışı ilkin olaraq oktyabrın 19-na nəzərdə tutulur. Start Kuru kosmodromundan "Ariane 5" raketdaşıyıcısı vasitəsilə həyata keçiriləcək.
 
"BepiColombo" missiyasının uçuşunun 7 il davam edəcəyi gözlənilir. 2025-ci ilin sonunda missiya aparatları Merkuri orbitinə çıxaraq planet səthinin öyrənilməsi, maqnit sahəsinin və maqnitosferin tədqiqi ilə məşğul olacaqlar.

Nizam Nuriyev




Baxış sayı: 501

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024