12px13px15px17px
Tarix:10/08/18

Çində mağazada baxış vasitəsilə alış-veriş etmək mümkün olacaq

Çində "Taobao" internet mağazası "Microsoft HoloLens" ilə birgə "Taobao MT Buy" adlı əlavə reallıq eynəyinin köməyi ilə alış-veriş etməyə imkan verəcək. Bu haqda "Xinhua" agentliyi məlumat verib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "iz.ru" saytına istinadən yazır ki, ehtimal ki, sözügedən eynək artıq cari ilin sentyabrında satışa çıxarılacaq. Alıcılar eynəyi əl və gözlərin hərəkəti ilə idarə edə biləcək. Bundan başqa, eynək məhsulun mövcudluğunu və qiymətini, həmçinin mümkün çatışmazlıq və rəyləri göstərəcək.
 
"Taobao" öz alıcılarının həyatını asanlaşdırmaq istəyən yeganə internet mağazası deyil. Məsələn, "Amazon" şirkəti artıq satıcısız işləyən ticarət şəbəkəsini istifadəyə verib. Müşahidə kameraları alıcılar tərəfindən rəflərdən götürülmüş lazımi məhsulları kassada verilən məhsul qəbzinə avtomatik əlavə edir.
 
Emil Hüseynov




Baxış sayı: 315

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Fevral 2019

16 02 2019

16/02/19
Süni intellekt “feyk xəbərlər” yazmağı öyrənib

“OpenAI” qeyri-kommersiya tədqiqat təşkilatı “feyk xəbərlər”in hazırlanması üçün “GPT2” adlı s&am

16/02/19
Dünyada ilk “5G”-kinoteatr istifadəyə verilib

Norveçin “Telia” mobil rabitə operatoru Osloda “Odeon” kino mərkəzi ilə birgə 

16/02/19
“Samsung” şirkəti “Bixby” səs köməkçisini dəstəkləyən ən nazik planşetini təqdim edib

“Samsung” şirkəti “Galaxy Tab S5e” planşetini təqdim edib