12px13px15px17px
Tarix:10/08/18

“iPhone” smartfonu pasportu əvəz edə bilər

ABŞ Patent və Əmtəə Nişanları Bürosu "Apple" şirkətinin "iPhone" smartfonu vasitəsilə şəxsiyyətin identifikasiyası texnologiyası üçün müraciətini qeydə alıb.
 
"ICTnews" Elektron Xəbər Xidməti "RİA Novosti www.ria.ru" resursuna istinadən yazır ki, texnologiyanın smartfondan pasport əvəzinə istifadəyə imkan verəcəyi nəzərdə tutulur. İdeya mühafizəli saxlancdan şifrlənmiş istifadəçi məlumatlarının informasiyanı tələb edən orqana təqdim edilməsi üzərində qurulur.
 
Şirkət qurğudan informasiyanı radiotezlik identifikasiya texnologiyası – məsələn, əksər smartfonlarda istifadə edilən "NFC" vasitəsilə ötürməyi planlaşdırır. Mütəxəssislərin planına görə, məlumatların qanunsuz müdaxilələrdən mühafizəsini "Touch ID" və "Face ID" biometrik identifikasiya texnologiyaları təmin edəcək.
 
Konsepsiya geniş sahələri əhatə edə bilər: onu həm özəl şirkətlər (məsələn, əməkdaşlar üçün buraxılış sistemində), həm də dövlətlər (pasport yoxlanışında) tətbiq edə bilər.
 
"Apple" şirkətinin hər həftə büroya çoxlu müraciətlər göndərməsinə baxmayaraq hazırlanan texnologiyaların cüzi hissəsi son məhsullarda tətbiq olunur.
 
Nizam Nuriyev




Baxış sayı: 466

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024