12px13px15px17px
Tarix:11/08/18

“YouTube”da videoya baxmaq üçün ən uyğun smartfonlar hansılardır?

“YouTube” servisi videoya baxmaq üçün ən uyğun smartfonları açıqlayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Life www.life.ru” resursuna istinadən yazır ki, “YouTube Signature Devices” proqramının təsvirinə görə, videohostinq videoya baxmaq üçün ən uyğun smartfonları sınaqdan keçirir və seçir. Qurğu müəyyən tələblərə (məsələn, 4K formatlı videoçarxları, HDR texnologiyasını və s. dəstəkləməli) cavab verməlidir.
 
Məlumata görə, “YouTube” üçün ən uyğun smartfon kimi mütəxəssislər tərəfindən avqustun 9-da təqdim edilən yeni qabaqcıl “Samsung Galaxy Note 9” modeli qeyd olunur. Siyahıda, həmçinin “Sony Xperia XZ2 Premium”, “HTC U12+”, “Nokia 8 Sirocco” və s. qurğular yer alıb.
 
“Apple” smartfonlarının populyarlığına baxmayaraq siyahıya “iPhone” smartfon modelləri daxil ola bilməyib. Bu, “YouTube”un reytinqi yalnız “Android” sistemli qurğulardan ibarət tərtib etməsi və ya “iPhone X” modelinin müəyyən səbəblərə görə ekspertləri qane etməməsi ilə əlaqədar ola bilər. Bununla belə, siyahıda “YouTube”da videoya baxmaq üçün uyğun olan daha 3 qurğu – “OnePlus 6”, “LG G7 ThinQ” və “Xiaomi Mi8” qərarlaşıb.
 
Nizam Nuriyev




Baxış sayı: 211

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Yanvar 2019

22 01 2019

22/01/19
Süni intellektdən istifadə edən şirkətlərin sayı 4 il ərzində 270% yüksəlib

“Gartner”in analitiklərinin məlumatına görə, iş prosesində süni intellektdən istifadə edən şirkətlərin sayı 4 

22/01/19
“Facebook” ucqar rayonlarda internetin təmin edilməsi üçün pilotsuz təyyarələrin sınaqlarını bərpa edib

“Facebook” planetin ucqar rayonlarında interneti təmin etmək üçün günəş batareyası ilə işləyən pilotsuz 

22/01/19
Qan damarlarında hərəkət edən nanorobot yaradılıb

İsveçrə mühəndisləri insanın qan damarları vasitəsilə hərəkət edən nanorobot icad ediblər. Qurğu 

22/01/19
Yeni mobil proqram beyin fəaliyyətini yaxşılaşdırmağa kömək edəcək

Böyük Britaniya alimlərinin yaratdığı “Decoder” mobil əlavəsi konsentrasiya qabiliyyətini artırmağa 

22/01/19
Bu “ağıllı” saat elektrokardioqrama ritmlərinə nəzarət edəcək

“Alphabet”  şirkətinin sağlamlıq bölməsinin əsas fəaliyyət istiqamətlərindən biri “Study Watch” adlı “ağıllı

22/01/19
“Google” şirkəti 50 milyon avro cərimələnib

Fransa Milli İnformasiya və Vətəndaş Azadlığı Komissiyası (CNIL) “Google” şirkətini ötən ilin 

22/01/19
Xərçəng xəstəliyinə qarşı “ağıllı” həblər yaradılacaq

“Proteus” startapı kiçikölçülü sensorlarla təchiz edilmiş "ağıllı həb" istehsalçısı kimi tan

22/01/19
“WhatsApp” istifadəçiləri üçün yeni məhdudiyyət tətbiq edilib

“WhatsApp” messencerində eyni məlumatı beş dəfədən çox göndərmək imkanı məhdudlaşdırılıb