12px13px15px17px
Tarix:14/08/18

“Parker Solar Probe” zondu Günəş atmosferini öyrənəcək

ABŞ Kosmik Agentliyi (NASA) Günəş atmosferinin tədqiqi üzrə missiya üçün “Parker Solar Probe” kosmik zondunu ikinci cəhddə Kanaveral kosmodromundan buraxılışını həyata keçirib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv www.naukatv.ru” resursuna istinadən yazır ki, zondun buraxılışı əvvəlcə iyulun 31-nə planlaşdırılsa da, çoxlu texniki problemlərə görə bir neçə dəfə təxirə salınıb. Avqustun 11-də aparatın buraxılışı üçün ilk cəhd edilib, lakin starta 2 dəqiqə qalmış helium təzyiq cihazlarının işinin pozulması haqqında xəbərdarlıq işə düşüb. Bazar günü raketin uğurlu buraxılışı həyata keçirilib.
 
“Parker Solar Probe” kosmik zondu Günəşin kənar haləsinin öyrənilməsi üçün nəzərdə tutulub. Aparatın Günəşə 6,1 milyon km məsafədə yaxınlaşacağı planlaşdırılır. “NASA” mütəxəssislərinin sözlərinə görə, zond Günəş haləsinin Selsi üzrə 2 milyon dərəcə təşkil edən temperaturuna dözümlü olacaq.   
 
Nizam Nuriyev




Baxış sayı: 378

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024