12px13px15px17px
Tarix:15/08/18

Yeni “iPhone” modellərinin qiyməti proqnozlaşdırılıb

Ekspertlər cari ilin sentyabrında təqdimatı planlaşdırılan 3 yeni “iPhone” modelinin qiymətini proqnozlaşdırıblar. Məlumat “Trend Force” analitik şirkətinin saytında dərc edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, ilkin hesablamalara görə, yeni “iPhone X” smartfonu əvvəlkindən ucuz olacaq: yeni aparatın qiyməti 899-949 dollar təşkil edəcək. Ən bahalı model analitiklər tərəfindən 999 dollar məbləğində qiymətləndirilən “iPhone X Plus” olacaq.
 
Həmçinin analitiklər hesab edirlər ki, “Apple” maye kristal ekrana malik modelin ucuz versiyasını (749 dollaradək) təqdim edəcək.
 
Xatırladaq ki, bu yaxınlarda ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsi “Apple” şirkətinin “iPhone” smartfonunun köməyi ilə kimliyin eyniləşdirilməsi texnologiyasına ərizəsini qeydə alıb.
 
Emil Hüseynov




Baxış sayı: 978

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024