12px13px15px17px
Tarix:16/08/18

“Android 9.0 Pie” sistemində telefon zənglərini qeydə almaq mümkün olmayacaq

"Google" şirkəti ötən həftə "Android P" mobil əməliyyat sisteminin yekun versiyasını təqdim edib, həmçinin adını – "Android 9.0 Pie" ("Piroq") açıqlayıb. Yenilənmiş mobil əməliyyat sistemində bir sıra yeni funksiya və təkmilləşdirmələr edilib, ancaq bu məhdiyyət istifadəçiləri çox məyus edə bilər.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hitech.newsru.ru" saytına istinadən yazır ki, "XDA Developers" resursunun məlumatına görə, "Android 9.0" sisteminin idarəetməsi altında işləyən qurğuların istifadəçiləri "root" hüquqa sahib olmadan telefon zənglərini qeydə ala bilməyəcək.
 
Bundan əvvəl "Google" telefon danışıqlarının qeydə alınması ilə mübarizə aparmaq cəhdlərinə artıq təşəbbüs edib. Məsələn, 2015-ci ildə, "Google" şirkəti "Android 6.0 Marshmallow" sistemində telefon zənglərinin qeydə alınması məqsədilə istifadə edilən rəsmi API-yə girişi bağlamışdı. Həmin vaxt kənar proqram tərtibatçıları alternativ həllərdən istifadə etmişdilər, ancaq mobil əməliyyat sisteminin yeni versiyasında bundan istifadə qeyri-mümkündür. Telefon zənglərini qeydə alan "Call Recorder" və "Call Recorder – ACR" kimi populyar proqramların tərtibatçıları artıq bu informasiyanı təsdiq ediblər.
 
Emil Hüseynov




Baxış sayı: 1053

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024