Tarix:20/08/18
“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, bölmə rəhbərinin sözlərinə görə, lakin smartfon beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləməyəcək.
“5G” şəbəkəsi üçün qurğuların hazırlanması davam etdirilir və onlardan biri növbəti ilin martında nümayiş olunacaq”, - o qeyd edib.
Bildirilir ki, şirkət müstəsna olaraq “5G” şəbəkəsi üçün nəzərdə tutulan telefon buraxmağı planlaşdırır.
“Galaxy S10” smartfonu barədə söz açan istehsalçı nümayəndəsi vurğulayıb ki, smartfona “5G” şəbəkəsinin dəstəklənməsi üçün sxemlərin quraşdırılması qeyri-sabit işə və qızmaya səbəb ola bilər.
Bundan başqa, Ko Don Cin “Samsung” şirkətinin açılıb-yığılan mobil telefon üzərində çalışması ilə bağlı yayılan şayiələri təsdiq edib. O, həmçinin “Galaxy S” və “Note” istehsal xətlərinin birləşməsi haqqında dolaşan söz-söhbəti təkzib edib. “Note” müstəqil qurğu olaraq qalacaq”, - bölmə rəhbəri deyib.
Şirkət təmsilçisi onu da əlavə edib ki, “Samsung” smartfon istehsalçıları arasında birincilik uğrunda mübarizədə “Huawei” şirkətindən geri qalmaq niyyətində deyil.
Nizam Nuriyev
“Samsung Galaxy S10” smartfonu “MWC 2019” sərgisində təqdim ediləcək
“Samsung” şirkətinin mobil bölməsinin rəhbəri Ko Don Cin “Galaxy S10” smartfonunun 2019-cu ilin fevralında Mobil Dünya Konqresində (MWC) təqdim ediləcəyini açıqlayıb.“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, bölmə rəhbərinin sözlərinə görə, lakin smartfon beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləməyəcək.
“5G” şəbəkəsi üçün qurğuların hazırlanması davam etdirilir və onlardan biri növbəti ilin martında nümayiş olunacaq”, - o qeyd edib.
Bildirilir ki, şirkət müstəsna olaraq “5G” şəbəkəsi üçün nəzərdə tutulan telefon buraxmağı planlaşdırır.
“Galaxy S10” smartfonu barədə söz açan istehsalçı nümayəndəsi vurğulayıb ki, smartfona “5G” şəbəkəsinin dəstəklənməsi üçün sxemlərin quraşdırılması qeyri-sabit işə və qızmaya səbəb ola bilər.
Bundan başqa, Ko Don Cin “Samsung” şirkətinin açılıb-yığılan mobil telefon üzərində çalışması ilə bağlı yayılan şayiələri təsdiq edib. O, həmçinin “Galaxy S” və “Note” istehsal xətlərinin birləşməsi haqqında dolaşan söz-söhbəti təkzib edib. “Note” müstəqil qurğu olaraq qalacaq”, - bölmə rəhbəri deyib.
Şirkət təmsilçisi onu da əlavə edib ki, “Samsung” smartfon istehsalçıları arasında birincilik uğrunda mübarizədə “Huawei” şirkətindən geri qalmaq niyyətində deyil.
Nizam Nuriyev
Baxış sayı: 603
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet