12px13px15px17px
Tarix:27/08/18

Sifətin tanınması sistemi ilk dəfə saxta sənədlərdən istifadə edən cinayətkarı aşkar edib

Bu günlərdə Vaşinqton Beynəlxalq Hava Limanında qurulmuş sifətin tanınması sistemi pasport nəzarətindən keçən zaman saxta sənədlərlə ABŞ ərazisinə daxil olmaq istəyən Fransadan gəlmiş cinayətkarı aşkar edib. İş orasındadır ki, fransız vətəndaşının pasportu vizasız ABŞ ərazisinə daxil olmaq hüququ  verir, ancaq kişinin xarici görünüşü ilə onun pasportdakı şəklini müqayisə edən neyron şəbəkəsi uyğunsuzluq aşkar etdikdən sonra bu haqda Sərhəd və İmmiqrasiya Xidmətlərinə məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, sonrakı araşdırmalar nəticəsində məlum olub ki, qanunu pozan Konqo (axtarış vaxtı onun üstündə bu ölkənin pasportu tapılıb) vətəndaşıdır. Bundan başqa, bir müddət əvvəl ABŞ məhkəməsinin qərarı ilə o, ölkədən deportasiya edilib, həmçinin 20 il ərzində viza almaq hüququndan məhrum edilib. Sifətin tanınması sisteminin uğurunu nəzərə alan ABŞ hakimiyyəti bildirib ki, bu sistem ölkənin bütün aeroportlarında tətbiq ediləcək. İndi sözügedən sistem yalnız Vaşinqton ştatının aeroportlarında və Nyu-Yorkda sınaq rejimində işə salınıb.
 
Emil Hüseynov





Baxış sayı: 514

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024