12px13px15px17px
Tarix:31/08/18

“BlackBerry”nin “QWERTY” düzülüşlü klaviaturaya malik yeni smartfonu təqdim edilib

Hazırda “BlackBerry” smartfonları üzərində işləyən Çinin “TCL Communication” şirkəti yeni “BlackBerry KEY2 LE” smartfonunu təqdim edib. Bu, iyunda təqdim edilmiş “BlackBerry KEY2” smartfonunun sadə və ucuz versiyasıdır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, “BlackBerry KEY2 LE” smartfonu “QWERTY” düzülüşlü klaviaturaya malik formada hazırlanıb. Arxa paneldə ikiqat kamera quraşdırılıb, barmaq izi skaneri boşluq klavişinə inteqrasiya edilib.
 
Smartfon “Qualcomm Snapdragon 636” prosessoru, 1620x1080 piksel təsvir ölçülü 4,5 düymlük sensor ekran, 13+5 meqapiksellik əsas kamera, 8 meqapiksellik ön kamera, 4 QB-lıq əməli yaddaş və 32/64 QB-lıq daxili  fləş yaddaşla təchiz edilib. 3000 milliamper/saat tutumlu akkumulyator “Quick Charge 3.0” sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir. Smartfon “Android 8.1 Oreo” əməliyyat sisteminin idarəetməsi altında işləyir.
 
İki SİM kart, “4G VoLTE”, “Wi-Fi” (802.11 ac), “Bluetooth 5 LE”, “GPS+QLONASS”, “NFC” və “FM” radio dəstəklənir, “USB Type-C” portu və qulaqlıqlar üçün 3,5 mm-lik konnektor mövcuddur. Aparatın ölçüləri 150,25x71,8x8,35 mm, çəkisi isə 156 qram təşkil edir.
 
“BlackBerry KEY2 LE” növbəti ay satışa çıxarılacaq. 32 QB-lıq daxili yaddaşa malik modelin qiyməti 399 dollar, 64 QB-lıq isə 499 dollar təşkil edəcək.
 
Emil Hüseynov



Baxış sayı: 436

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024