12px13px15px17px
Tarix:03/09/18

İsveçdə turoperator şirkəti robotu işə götürüb

Böyük turoperator şirkətinin İsveç bölməsi robotu işə götürüb.
 
"ICTnews" Elektron Xəbər Xidməti "news.rambler.ru" saytına istinadən yazır ki, yeni əməkdaş olan "Pepper" adlı robot ətraf mühiti tanıyır və insanların emosiyasına reaksiya verir. Robot ayaq əvəzinə, kiçikölçülü təkərlərdən ibarət sistemə malikdir. Sinəsinə informasiyanın göstərilməsi və insanlarla əlaqə yaradılması üçün 10 düymlük planşet quraşdırılıb.
 
Robot danışığı başa düşür: yaddaşı təxminən 4500 sözdən ibarətdir. O, danışa, rəqs edə, söhbəti dəstəkləyə və sadə tapşırıqları yerinə yetirə bilər.
 
Kruiz və otel biznesində robotlardan istifadə təcrübəsi artıq olub, lakin turoperatorun ofisində belə texnikadan ilk dəfə istifadə ediləcək.
 
Şirkətin heyət üzrə direktoru Elke Ellerin sözlərinə görə, hər bir əməkdaş kimi robotun da şəxsi hesabı və gündəlik vəzifələri olacaq.
 
Emil Hüseynov





Baxış sayı: 510

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024