12px13px15px17px
Tarix:04/09/18

“Apple” şirkəti “iPhone 8” smartfonunun qüsurunu etiraf edib

“Apple” korporasiyası “iPhone 8” smartfonlarının qüsurlu partiyasını aşkar edib. Həmin qurğularda sistem lövhəsi xarabdır.
 
Korporasiyanın saytında texniki dəstək səhifəsində yazılıb ki, istehsal qüsuru 2017-ci ilin sentyabrından 2018-ci ilin martınadək ABŞ, Avstraliya, Çin, Hindistan, Yaponiya, Yeni Zelandiya və başqa ölkələrdə satılmış az sayda qurğuda qeydə alınıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, zavod qüsuruna görə sözügedən telefonlar birdən yenidən yüklənə, dona,  hətta açılmaya bilər.
 
“Apple” korporasiyası qüsurlu smartfonları ödənişsiz təmir etməyə dair söz verib. Bundan başqa qeyd edilib ki, bu problem “iPhone 8 Plus” və şirkətin başqa modellərində qeydə alınmayıb.
 
Korporasiyanın saytında təmirə ehtiyacı olan “iPhone 8” modelləri haqda öyrənmək olar. Bunun üçün qurğunun alındığı region və seriya nömrəsini qeyd etmək lazımdır.
 
Emil Hüseynov



Baxış sayı: 381

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024