12px13px15px17px
Tarix:04/09/18

Qəpik ölçüsündə 17 dollarlıq fərdi kompüter təqdim olunub

Çinin "VoCore" startapı daxili "Wi-Fi" moduluna malik "VoCore2" adlı kiçikölçülü kompüterin hazırlanması və kütləvi istehsalı üçün "Indiegogo" platformasında pul toplamağa nail olub.
 
"ICTnews" Elektron Xəbər Xidməti "cnews.ru" saytına istinadən yazır ki, 25,4 x 25,4 x 2,8 mm ölçüsündə olan kiçikölçülü "VoCore2" sistemi tərtibatçılar tərəfindən açıq kodlu ucuz "Linux" layihə kimi xarakterizə edilir. Tələbələr bu layihənin köməkliyi ilə öz proqramları üzərində təcrübə apara, müxtəlif cihaz və kontrollerlər hazırlaya bilərlər.
 
"VoCore2" kompüteri 580 MHs takt tezlikli 4 nüvəli "MT7628AN" prosessoru, 128 MB-lıq daxili DDR2 yaddaşı və fləş yaddaş texnologiyası əsasında 16 MB-lıq daşıyıcı ilə təchiz edilib.
 
Mikrokompüterin lövhəsində 300 Mbit/s  sürətli "WI-FI" modulu, "Ethernet", "USB 2.0", "UART", "SD", "SPI", "I2C" və "40+ GPIO" portları quraşdırılıb.
 
"VoCore2" layihəsinin özəlliyi və bir çox yığcam mikro fərdi kompüterlərdən fərqi yaxşı düşünülmüş periferiya aparat modulları dəstinə, həmçinin funksiyalarının genişləndirilməsi üçün minlərlə hazır proqrama malik olmasıdır.
 
Layihənin saytında "VoCore2" mikrokompüterini sifariş etmək mümkündür. Sistem həm ayrıca modul (qiyməti 17,99 dollar) şəklində, həm də periferiya və aksessuarlarla birgə əlçatandır. Məsələn, "USB" və "MicroSD" modulları ilə təchiz edilmiş "VoCore2" kompüterinin qiyməti 24,49 dollar təşkil edəcək.
 
Emil Hüseynov





Baxış sayı: 610

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024