12px13px15px17px
Tarix:04/09/18

“Android” sisteminin idarəetməsi altında işləyən ən sürətli smartfonlar bəlli olub

Smartfonların məhsuldarlığını yoxlayan populyar “AnTuTu” xidməti “Android” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən smartfonların avqust ayı üzrə reytinqini dərc edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, avqustda “Xiaomi” şirkətinin “Black Shark” adlı oyun smartfonu yenidən reytinqdə liderdir. Bu aparat 292887 bal toplayıb. 291025 bal toplamış yeni “Meizu 16” smartfonu isə sıralamada ikincidir.
 
289490 bal toplamış “Smartisan Nut R1” smartfonu reytinqdə üçüncü yerdə qərarlaşıb. İyulda üçüncü olmuş “Vivo NEX” smartfonu 286286 balla dördüncü, 286268 bal toplamış “Xiaomi Mi 8 Explorer Edition” qurğusu isə beşinci olub.
 
Xatırladaq ki, “AnTuTu” xidməti hər ay 10 ən qabaqcıl smartfonun siyahısını dərc edir.
 
Emil Hüseynov





Baxış sayı: 433

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024