12px13px15px17px
Tarix:05/09/18

Dünyada ilk kosmik lift yaradılıb

Yapon alimləri kosmik lift prototipi üzərində sınaqlar keçirəcəklər. Qurğu gələn həftə “H-IIB” raketdaşıyıcısının köməyi ilə orbitə çıxarılacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, kosmik lift – bu, yüklərin raketlərdən istifadə etmədən kosmosa çıxarılması üçün nəzərdə tutulmuş hipotetik mühəndislik qurğusudur. Qurğunun əsas komponenti Yer kürəsinin səthindən orbital stansiyaya kimi uzanan möhkəm burazdır. Stansiya geostasionar orbitdə yerləşir və mərkəzdənqaçma qüvvəsi sayəsində burazı saxlayır. Buraz vasitəsilə yük qaldırıcı mexanizm hərəkət edir.
 
Kosmik lift prototipi mühərriki olan balaca qutu, həmçinin iki kiçik peyk arasında çəkilmiş 10 metrlik kabeldən ibarətdir. Aparatlara quraşdırılmış kameralar liftin fəaliyyətinə nəzarət etməyə imkan verəcək.
 
Məlumata görə, “Obayashi” tikinti şirkəti 96 min kilometr uzunluğunda buraz hazırlamaq üçün nanoboru texnologiyasından istifadə etməyi planlaşdırır. 2050-ci ilədək liftin köməyi ilə kosmosa turist göndərmək planlaşdırılır.
 
Emil Hüseynov





Baxış sayı: 396

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024